Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Marinkada QIRĞIN gedir, Rusiyanın 13 obyekti DARMADAĞIN edildi

Tarix: 18-03-2024 13:48     Baxış: 482 A- / A+
 
Ukrayna hərbi kəşfiyyatı Rusiyann strateji infrastrukturuna ağır zərbələrini davam etdirir.
Əsasən Ukrayna ilə sərhədlərə yaxın ərazidə yerləşən, Neft Emal Zavodları (NEZ), reservuarlar, qaz kəmərləri, habelə cəbhədə döyüşən ordunun təchizatında iştirak edən başqa obyektlər dron zərbələrinə məruz qalır.
Yayılan videokadrlardan görünür ki, zərbələr partlayıcılar yüklənmiş kiçik PUA-lar vasitəsi ilə həyata keçirilir. Bu zaman güclü partlayış və geniş əraziləri əhatə edən yanğınlar baş verir.

Rusiya güclü neft sənayesinə də malikdir. Onilliklər ərzində ölkənin müxtəlif bölgələrində 36 NEZ, çoxlu sayda anbarlar, rezervuarlar, nasos stansiyaları, min kilometrlərlə uzanan boru kəmərləri və s. vacib infrastruktur yaradılıb.

Ukraynaya qarşı aparılan işğalçı müharibə indi ölkənin hərbi-iqtisadi qüdrətinin əsas dayağının iflic olmasına səbəb ola bilər. Qısa müddətdə 13 belə NEZ-ə zərbə endirilib və proses davam etdir.
Maraqlıdır, Rusiya strateji müəssisələrə dron hücumlarının qarşısını almaq üçün nələr edə bilər? Bu zərbələr ölkənin neft, neft məhsulları istehsalına necə təsir göstərir?
Ekspert Avtandil Məmmədov “AzPolitika.info”ya bildirib ki, 2024-cü ilin fevral ayına Rusiyada 36 NEZ fəaliyyət göstərib: “Bunlar demək olar ki, hamısı ildə 10 milyon tondan çox neft emal edən zavodlardı. Məsələn Omsk şəhərindəki NEZ ildə 22 milyon ton xam neft emal edir”.

Mütəxəssis qeyd edir ki, hücum edilən NEZ-lərin cəmi məhsuldarlığı, bu 36 müəssisəsinin ümumi məhsuldarlığının təqribən 13%-ni təşkil edir: “Əlbəttə, hücum olunan NEZ-lər tam dayanmayıb. Onların tam dayanması üçün çox ciddi zərbələr lazımdır. Amma, şübhəsiz, bu zərbələr Rusiyada neft məhsulların istehsalına təsir edir. Hələ ki, fatal bir vəziyyət yoxdur, amma belə getsə yarana bilər”.

A.Məmmədov qeyd edir ki, 36 NEZ-unu tam qorumaq üçün 28-30 batareya (4 buraxılış qurğusu, 2 RLS, 1 komanda mərkəzi, qaldırıcı-transport maşını) “Buk” + “Pansir-1M” HHM birliyi lazımdır.
“Moskva və Leninqrad vilayəti onsuz da normal qorunur, ona görə 28-30 batareya bəs edər. Hazırkı vəziyyətdə bu məsələ tezliklə həll olunan məsələ deyil”, - o vurğulayıb

Ekspert hesab edir ki, zərbələr davam edərsə, real olaraq Rusiyada neft məhsullarının istehsalı 25-30% azalar və bu da Rusiyada ciddi çətinliklər yaradar.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar