Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

DÇ-də Hacı Əliyevlə hakimlər arasında qalmaqal: uduzduruldu və kənarlaşdırıldı

Tarix: 19-09-2019 11:18     Baxış: 4110 A- / A+
DÇ-də Hacı Əliyevlə hakimlər arasında qalmaqal: uduzduruldu və kənarlaşdırıldı


Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycan yığmasının güləşçisi xoşagəlməz hadisə ilə üzləşib.

Manevr.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev ilk görüşündə rusiyalı Hacımurad Rəşidova uduzub – 2:4.

Lakin idmançımız bu görüş qalmaqallı keçib. Belə ki, görüşün bitməsinə saniyələr qalmış pəhləvanımız 2:3 hesabı ilə uduzarkən tətbiq etdiyi fənd hakimlər tərəfindən iki xalla qiymətləndirilib və idmançımız 4:3 irəli keçib. Lakin rəqibin etirazından sonra bu iki xal silinib və dağıstanlı idmançıya daha bir xal verilib.

Bunu haqsızlıq sayan H.Əliyev qarşılaşmanın sonuncu saniyəsində etiraz əlaməti olaraq mübarizəni davam etdirməyib. Məşqçi və hakimlərin tələbi ilə xalça üzərinə qayıdan güləşçimiz görüş başa çatdıqdan sonra da etirazını nümayişkaranə şəkildə göstərib.

O, qalibi elan etmək üçün hakimə yaxınlaşmayıb. Nəticədə referi ikiqat Avropa çempionu olan rusiyalını tək qalib sayıb. Bundan sonra H.Əliyev hakimlərlə sərt mübahisə edib və məğlub olmadığını sübut etməyə çalışıb. O hətta ədalət təmsilçilərinin istifadə etdiyi əl tablosunu da götürərək onların özlərinə “qırmızı” göstərib və yerə çırpıb. Bundan sonra Hacı Əliyev dünya çempionatından diskvalifikasiya olunub.

Qeyd edək ki, Hacı Əliyev 2017-ci ilin dünya çempionatının finalında məhz bu rəqibi üzərində qələbə ilə qızıl medal qazanmışdı./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar