Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Judo Club 2012”nin üzvü Avropa Gənclər Olimpiya Festivalında komandamızın bayraqdarı olacaq

Tarix: 20-07-2019 17:44     Baxış: 3216 A- / A+
“Judo Club 2012”nin üzvü Avropa Gənclər Olimpiya Festivalında komandamızın bayraqdarı olacaq


Paytaxtımız bir neçə gündən sonra daha bir mötəbər idman yarışına – XV Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edəcək.

Manevr.az xəbər verir ki, iyulun 21-də start götürəcək festivalda 48 ölkədən 3900 atlet idmanın 10 növü üzrə mübarizə aparacaq. Azərbaycanı Bakı-2019-da atletika, cüdo, güləş, gimnastika, velosiped idmanı, voleybol, basketbol, həndbol, tennis və üzgüçülük yarışlarında 122 idmançı təmsil edəcək.

Avropa Gənclər Olimpiya Festivalının proqramına daxil olan cüdo yarışlarında komandamız 12 (8 oğlan, 4 qız) idmançı ilə qüvvəsini sınayacaq. Həm oğlanlar, həm də qızlardan ibarət cüdo millimizin üzvləri dörd gün ərzində medallar uğrunda mübarizə aparacaqlar. Festival çərçivəsində cüdo yarışları iyulun 24-də start götürəcək. Fərdi mübarizələrdən sonra iyulun 27-də qarışıq komanda yarışı keçiriləcək.

Festivalda iştirak edəcək cüdoçular arasında “Judo Club 2012”nin üzvü Hüseyn Məmmədov (+90 kq) da yer alıb. Klubun istedadlı yetirməsi Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində Azərbaycan komandasının bayraqdarı olacaq.

Məlumat üçün qeyd edək ki, Bakı-2019-un açılış mərasimi iyulun 21-də saat 20:00-da başlayacaq.

“Judo Club 2012”nin üzvü Avropa Gənclər Olimpiya Festivalında komandamızın bayraqdarı olacaq
“Judo Club 2012”nin üzvü Avropa Gənclər Olimpiya Festivalında komandamızın bayraqdarı olacaq

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar