Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Maradona: “Tanrının əli” ilə ingilislərdən intiqam aldıq

Tarix: 16-06-2019 11:20     Baxış: 3120 A- / A+
Maradona: “Tanrının əli” ilə ingilislərdən intiqam aldıq

Argentina yığmasının əfsanəvi forvardı Dieqo Maradona 1986-cı ildə futbol üzrə dünya çempionatında İngiltərə yığmasının qapısına vurduğu, “Tanrının əli” adı ilə tanınan məşhur qolunu Folklend adalarına görə İngiltərədən alınmış intiqam adlandırıb.

“Biz agrentinalılar hərbçilərin nə ilə üzləşdiyini bilmirdik. Bizə demişdilər ki, müharibədə qələbə qazanırıq. Əslində isə İngiltərə 20:0 hesabı ilə qabaqda idi. Bu, çox ağır idi. Elə bir hay-küy qaldırılmışdı ki, sanki biz də futbol meydançasında daha bir savaşdan qalib çıxmağa hazırlaşırıq.

Mən bilirdim ki, topu qapıdan əlimlə keçirmişəm. Bunu heç planlaşdırmırdım da. Lakin hər şey elə sürətlə baş verdi ki, heç xətdəki hakim də əllə qol vurduğumu görmədi. Hakim mənə baxdı və dedi: “Qol”. Bu, o dərəcədə gözəl bir hiss idi ki, sanki ingilislərdən simvolik intiqam aldıq”, - deyə D.Maradona bu yaxınlarda ekranlara çıxan sənədli avtobioqrafik filmdə bildirib.

Xatırladaq ki, 1986-cı il dünya çempionatının dörddəbir finalında Maradona oyunun 51-ci dəqiqəsində ingilislərin qapısına əli ilə top keçirmişdi. Buna baxmayaraq, oyunun hakimi bunu qol kimi qeydə almışdı. Dörd dəqiqədən sonra D.Maradona “əsrin qolu”nu vuraraq, Argentinaya 2:1 hesabı ilə qələbə qazandırmışdı. Beləliklə, komandası turnirin qalibi olmuşdu.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar