Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu kənd nəzarətə götürüldü - 1 yaşlı uşaq...

Tarix: 24-05-2020 14:54     Baxış: 3180 A- / A+
Azərbaycanda bu kənd nəzarətə götürüldü - 1 yaşlı uşaq...

Azərbaycanın regionlarında xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bir-neçə rayonda infeksiyaya yoluxma hallarında artım müşahidə olunub.

Burada Kürdəmir rayonunu xüsusilə qeyd etmək lazımdır. Təkcə son iki gündə rayonun Sığırlı kəndində 12 nəfərin koronavirus testi müsbət nəticələnib. Onların içərisində 1 yaşlı uşaq da var.

Kürdəmir Rayon İcra Hakimiyyəti, Kürdəmir Rayon Polis Şöbəsi, mərkəzi xəstəxana, Gigiyena və Epidemiologiya şöbəsinin əməkdaşları Sığırlı kəndində olublar. Sakinlərdən elə yerindəcə yaxma analizləri götürülüb.

Onlara zərurət olmadığı halda evdən bayıra çıxmamaq, tibbi maskalardan və əlcəklərdən istifadə etmələri tövsiyə edilib.

Bundan başqa rayonun digər ərazilərində də bu kimi tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Kürdəmir rayonu üzrə bu günə kimi 54 yoluxma faktı qeydə alınıb. Onlardan 16 nəfəri sağalıb.(report)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar