Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ağsuda azyaşlını vurub öldürən sürücü tutuldu

Tarix: 15-04-2020 20:14     Baxış: 4145 A- / A+
Ağsuda azyaşlını vurub öldürən sürücü tutuldu


Ağsu rayon Polis Şöbəsi və prokurorluğu Ağsuda 5 yaşlı uşağın avtomobillə vurularaq ölməsinə dair birgə məlumat yayıb.

Manevr.az-ın xəbərinə görə, məlumatda bildirilir:

"Ağsu rayonunun polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü tutularaq istintaqa cəlb edilib.

Aprelin 14-də, saat 17 radələrində, Ağsu rayonu, Cəlayir kəndi ərazisində kənd sakini Emin Qiyasovun idarə etdiyi “VAZ-2107” markalı 10-MS-126 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən 5 yaşlı piyada Gülər Əsədovanın vurulması nəticəsində sonuncunun aldığı xəsarətlərdən vəfat etməsi faktına görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İstintaqla hadisənin E.Qasımov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi avtomobillə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və müdafiəçinin iştirakı ilə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar