Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qasım Süleymaninin silahdaşı İranda öldürüldü

Tarix: 23-01-2020 23:08     Baxış: 4193 A- / A+
Qasım Süleymaninin silahdaşı İranda öldürüldü



Rəsmi İRNA agentliyinin verdiyi məlumata görə, çərşənbə günü İranın cənub-qərbində maskalı silahlılar hərbi təhlükəsizlik qüvvələrinin yerli komandirini, bu yaxınlarda Amerikanın Bağdadda öldürdüyü İran generalı Qasım Süleymaninin silahdaşını qətlə yetirib
.

Öldürülən komandir Əbdülhüseyn Mocəddəmi Dərxoyin şəhərində İnqilab Keşikçiləri Qvardiyasının daxili təhlükəsizlik və digər vəzifələri üçün icra edilən Bəsic qüvvələrinə rəhbərlik edirdi.

"Amerikanın səsi" bildirir ki, Mocəddəmi ölkənin neftlə zəngin Xuzistan vilayətindəki qəsəbədəki evinin qarşısında odlu silahla öldürülüb.

İRNA biri avtomat, digəri isə ov tüfəngi ilə silahlanmış motosikletdəkı iki şəxsin Mocəddəmini pusquya salaraq öldürdüyünü bildirib. Digər İran mediasının verdiyi məlumata görtə, silahlı şəxslərin üzlərində maska olub və dörd dəfə atəş açılıb.

Baş vermiş hadisə üzrə araşdırmalar aparılır.

Əbdülhüseyn Mocəddəminin komandiri olduğu Bəsic dəstəsi noyabr ayında bölgədə keçirilən nümayişlər zamanı etirazçılara qarşı güc tətbiq etmiş, çox sayda etirazçı öldürülmüş və yaralamışdı.

Amnesty International təşkilatı ölkə boyu keçirilən nümayişlər zamanı 300-dən çox etirazçının öldürüldüyünü bildirsə də, İran ölənlərin sayını açıqlamamışdı.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar