Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ağcabədidə əsgər yolasalma mərasimində qanlı olay

Tarix: 13-12-2019 11:22     Baxış: 3103 A- / A+
Ağcabədidə əsgər yolasalma mərasimində qanlı olay


Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Manevr.az məlumatına görə, hadisə rayonun Hüsülü kəndində qeydə alınıb.

Kənd sakini, 2003-cü il təvəllüdlü Mirzəyev Əliheydər Əlimərdan oğlu kənd sakini Məmmədov Namiq Nadir oğlunun həyətində oğlunun hərbi xidmətə çağırılması ilə bağlı təşkil edilən yığıncaqda həmkəndlisi, 1982-ci il təvəllüdlü Mirzəyev Seymur İnqilab oğlu ilə mübahisə edib. Mübahisə zamanı S.Mirzəyev aralarında böyük yaş fərqi olduğu üçün Ə.Mirzəyevlə mübahisə etmək istəməyib.

Bundan hiddətlənən Ə.Mirzəyev evlərinə gələrək bıçaq götürüb S.Mirzəyevi izləyib. Yığıncaqdan sonra S.Mirzəyev evinə gələrkən həyət darvazasının yanına çatanda Ə.Mirzəyev ona arxadan 5 bıçaq zərbəsi endirib.

Yaralı ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə.Mirzəyev tutulub.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. \trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar