Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda azyaşlı oğlana təcavüz edən şəxslə bağlı qərar verildi

Tarix: 03-12-2019 15:33     Baxış: 3144 A- / A+
Bakıda azyaşlı oğlana təcavüz edən şəxslə bağlı qərar verildi


Bakı Apellasiya Məhkəməsində azyaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən 1986-ci il təvəllüdlü E.Ə.-nin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Manevr.az xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, E.Ə.-nin apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, E.Ə. səkkiz yaşlı oğlan uşağına qarşı seksual xarakterli hərəkətlər edib. O, məhəllədə oynayan azyaşlını aldadaraq, naməlum istiqamətdə aparıb. Onun bu əməli nəzarət kameraları tərəfindən lentə alınıb.

Azyaşlının valideyninin hüquq-mühafizə orqanları əməkdaşlarına şikayətindən sonra E.Ə. saxlanılıb və o, əməlindən peşman olduğunu deyib. O, hadisəni törədən zaman içkili olub.
E.Ə.-yə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri; təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən E.Ə. 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı olan məhkum apellyasiya şikayəti verib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar