Sizin Reklam Burada
Xəbər lenti
17 noyabr
16 noyabr
BÜTÜN XƏBƏRLƏR

İran kanalında azərbaycanlılar təhqir olundu

Tarix: 05-11-2019 21:53     Baxış: 323 A- / A+
İran kanalında azərbaycanlılar təhqir olundu

İran çempionatında "İstiqlal”la görüşdən sonra "İdman kanalı”nın radio proqramında aparıcı və verilişin qonağı olan ekspert Güney Azərbaycanın "Traxtur” klubun azarkeşlərinin davranışını müzakirə ediblər.

Manevr.az GünAz TV-yə istinadən xəbər verir ki, onlar Azərbaycan komandasının tərəfdarlarını düşmənin xeyirinə işləyən qaragüruhçu dəstələr və milli təhlükəsizliyi təhdid altına alan qüvvələr adlandırıb. Verilişdə dünya üzrə məşhur olan komandanın cəzalandırılması da tələb olunub.

Bu hadisə Təbrizin millət vəkili Məhəmməd Hüseyn Fərhənginin kəskin etirazına səbəb olub. O, bu barədə İran Teleradio Şirkətinin rəisi Dr. Əli Əsgəriyə etiraz məktubu ünvanlayıb.

"Verişin qonağı "Traktor” tərəfdarlarının ünvanına yersiz və təhqiramiz ittihamlar səsləndirdi. Lazım gələrsə, bu məsələyə qanun çərçivəsində baxıla bilər. Verilişdə təxminın 100 min azarkeş və milyonlarla televiziya tamaşaçısı düşmənin xeyirinə işləyən qaragüruhçu dəstələr və milli təhlükəsizliyi təhdid altına alan qüvvələr kimi qiymətləndirildi. Əgər söhbət barmaq sayısında olan müəyyən insanlardan gedirsə, o zaman nə üçün oktyabrın 31-də Tehranda baş verənlər bütün "Perspolis” komandasının tərəfdarlarına şamil edilmədi?! Onlar şəhid ailələrini aşağılamışdı.

Nə üçün Tehran stadionlarında müqəddəslər təhqir olunduğu və keçmiş yaramaz rejimə dəstək verildiyi zaman belə analizlər ortaya çıxmır?! Öz komandasını dəstəkləyən milyonlarla insanın pislənilməsi etnik zəmində nifaq salmaq və milli birliyə xələl gətirməkdən başqa heç nə deyil. Futbol idmanı və hətta Tehranın hökumətə bağlı komandalarının Təbriz və Azərbaycana mənəvi borcu var. Azarkeşlər stadionları küsərək tərk etdiyi zaman "Traktor” tərəfdarlarının aktivlik göstərməsi idman meydanlarını yenidən canlandırdı" deyə məktubun bir hissəsində qeyd olunub.

Millət vəkili məktubun sonunda Teleradio Şirkətindən Azərbaycan əhalisi və "Traktor” tərəfdarlarını aşağılamağa son qoymasını istəyib: "Söhbət qanunu pozan komanda oyunçuları və ya azarkeşlərin müdafiə etməsindən getmir. Əsas məsələ odu ki, bəzi komandaların hökumətə bağlı olması və Futbol Federasiyasının ayrı-seçkiliyə yol verməsi görünən çaxnaşmalara səbəb olur. Bu səbəblər aradan qalxarsa, problemlər də öz həllini tapar və stadionlarda əxlaqlı davranışa şahid olarıq".qaynarinfo.az

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar