Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“O vaxtdan evdən heç bir xəbərim olmayıb” – Anar Mədətov

Tarix: 11-09-2019 21:26     Baxış: 3139 A- / A+
“O vaxtdan evdən heç bir xəbərim olmayıb” – Anar Mədətov

Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

Manevr.azxəbər verir ki, məsələ ilə bağlı oxu.az-ın əməkdaşı Mahirin atası, prodüser Anar Mədətovla yenidən əlaqə yaradıb. O baş vermiş hadisənin detalları haqqında danışaraq, bunları söyləyib:

"Xocasəndə hamı bilir ki, bizim evimiz 24 saat mühafizə polisi tərəfindən mühafizə olunur. Mən Binəqədi rayonunun mühafizə polisinin rəisi ilə əlaqə saxladım. Onlar mənə bildirdilər ki, oğurluq hadisəsi baş verən zaman ev mühafizə olunmayıb. Elə bu səbəbdən də oğrular rahat şəkildə evə giriblər. Hazırda isə cinayətkarın tapılması istiqamətində ciddi araşdırmalar aparılır. Bu hadisənin necə və hansı şəraitdə baş verməsi isə müəmmalıdır".

Anar həmin evin ona məxsus olduğunu bildirsə də, evdə eks-həyat yoldaşı Elnurə Mədətova ilə uşaqlarının yaşadığını söylədi:

"Evi mən öz zəhmətim bahasına tikib, qurmuşam. Hazırda isə orada keçmiş həyat yoldaşım və uşaqlarım yaşayır. Fevral ayının 15-də mən evi tərk etmişəm. O vaxtdan evdən heç bir xəbərim olmayıb".

Qeyd edək ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 17 min manat, 20 min dollar, üç ədəd mobil telefon və 5 min manat dəyərində qızıl zinət əşyaları oğurlanıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar