Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda qadınlara qənim olan gənc peyda olub - Müxtəlif adlarla yaxınlaşır, yaralayır, qarət edir

Tarix: 27-08-2019 16:32     Baxış: 3138 A- / A+
Bakıda qadınlara qənim olan gənc peyda olub - Müxtəlif adlarla yaxınlaşır, yaralayır, qarət edir

Paytaxtın Nəsimi rayonu ərazisində 42 yaşlı qadın bıçaqlanıb.


Bakının Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata əsasən, avqustun 25-də, 08:00 radələrində, akademik Həsən Əliyev küçəsində ev kirayələyən Sumqayıt sakini Sevinc Qənimovaya münaqişə zəminində çoxsaylı bıçaq zərbəsi endirilib. Cinayətkar qadını kürək, sinə, baş və üz nahiyəsindən yaralayıb.

Ağır vəziyyətdə olan qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

İlkin dindirmə zamanı zərərçəkən ona təzə tanış olduğu Orxan adında şəxsin hücum etdiyini bildirib.

Lakin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən operativ-axtarış tədbirləri nəticəsində fakt üzrə Bakı sakini saxlanılıb. Özünü Orxan kimi təqdim edən şəxsin əslində, 1999-cu il təvəllüdlü Qurbanlı Aslan Azər oğlu olduğu ortaya çıxıb.

Araşdırma zamanı məlum olub ki, həmin şəxs bir həftə öncə Məlahət Əli adlı qadına da hücum edərək, pul və qiymətli əşyalarını oğurlayıb.

Bir müddət öncə oxu.az xəbər vermişdi ki, avqustun 19-u saat 03:00-da Cavadxan küçəsi, bina 1-də Abşeron rayon sakini, 1972-ci il təvəllüdlü Məlahət Əliyə hücum olunub.

Zərbənin gücündən qadın huşunu itirib, ayılanda isə 70 manat pul, 1000 manatlıq qızıl əşyaları və mobil telefonunun yoxa çıxdığını görüb. Qadın həmin şəxsin adının Həsən olduğunu bildirib. Kişi özünü ona elə təqdim edibmiş.

Məlum olub ki, 20 yaşlı şəxs müxtəlif adlar altında tənha qadınlarla tanış olaraq onların etibarını qazanmağa çalışıb. Daha sonra isə xəsarət yetirərək, həmin qadınları qarət edib.

Faktla bağlı istintaq davam edir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar