Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda jurnalistin qarşısını kəsib döydülər

Tarix: 26-08-2019 11:34     Baxış: 3114 A- / A+
Bakıda jurnalistin qarşısını kəsib döydülər


Tanınmış jurnalist Zülfüqar Xeyirxəbər dünən axşam saat 19:30 radələrində öz avtomobili ilə Mərdəkandan Bakı istiqamətində hərəkət edərkən 99 AD 149 dövlət nömrə nişanlı ağ rəngli "Daewoo" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib və baş verən mübahisə zəminində jurnalistə bədən xəsarəti yetirib.

Manevr.az xəbər verir ki, bu barədə jurnalistin özü məlumat yayıb.

Bildirib ki, o həmin avtomobilin sürücüsünün yetirdiyi ciddi bədən xəsarətləri ilə bağlı 3 saylı xəstəxanaya müraciət edərək, ilkin tibbi yardım alıb və daha sonra evə buraxılıb.

Z.Xeyirxəbər hadisə ilə bağlı DİN-nin 102 qaynar xəttinə dərhal məlumat verib.

Hadisənin səbəbinə gəldikdə isə, jurnalist bildirib ki, bu, ona qaranlıq qalıb:

"Sağ zolaqda hərəkət edirdim. Sol iki zolaq boş olduğu halda arxadan başladı uzun uzadı siqnal verməyə, işıqları yandırıb söndürməyə. Əlimlə işarə elədim ki nə lazımdı? Sürətini artırıb sola keçdi, söyüş söydü. Dayanmağımı tələb elədi. Əhəniyyət vermədim. Ciddi təhlükə törətməyə başladı. Dayanmağa məcbur oldum. Düşdü yaxınlaşdı, söyüş söydü, maşından düşdüm. Vuracağını gözləmirdim düzü,. Qəfil zərbə endirdi. Deyəsən barmağında üzük olub. Ciddi zədələr var. Sol gözüm şişib, burnumun üstündə çağıqlar var".\mia.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar