Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Moskvada namaz qılan azərbaycanlılar cərimələnir

Tarix: 11-08-2019 17:47     Baxış: 3192 A- / A+
 Moskvada namaz qılan azərbaycanlılar cərimələnir

Rusiyanın Moskva vilayətində Avropanın ən böyük meyvə-tərəvəz bazası hesab edilən “Fud Siti”də namaz qılmaq qadağan olunub.

Manevr.az bildirir ki, bu barədə report-a bazada çalışan həmyerlilərimiz məlumat veriblər.

“Bazada bizə namaz qılmağa qadağa qoyublar. Əvvəllər bazanın içərisində yerləşən “Bakı” restoranında namaz qılırdıq. Sonra gəlib restoranı bağladılar və videokameralar yerləşdirdilər ki, namaz qılmaq olmaz. Cərimələrə gəlincə, əgər, təhlükəsizlik xidməti namaz qılan adamı birinci dəfə tutarsa 5000 rubl, ikinci dəfə tutarsa 10.000 rubl məbləğində çərimə edir. Namaz qılan şəxs üçüncü dəfə ibadət vaxtı tutularsa onda həmin şəxsin şəkli təhlükəsizlik işçiləri arasında paylanılır və onun bazaya buraxılması qadağan edilir”- , adının açıqlanmasını istəməyən soydaşımız deyib.

Digər soydaşımız isə ibadəti gizli şəkildə etdiklərini bildirib: “Biz bazanı tərk edə bilmirik. Çünki bütün günümüz bazarda iş başında keçir. İbadətimizə imkan vermirlər. Yalnız gizli şəkildə namaz qılırıq ki, heç kim görməsin və bizi çərimələməsin”.

Mövzu ilə bağlı “Fud Siti” meyvə tərəvəz bazasının mövqeyini öyrənmək mümkün olmayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar