Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda avtobus minik maşını ilə toqquşdu: 1 nəfər öldü, 2 yaralı var - ŞƏKİLLƏR

Tarix: 02-08-2019 14:49     Baxış: 3270 A- / A+
Bakıda avtobus minik maşını ilə toqquşdu: 1 nəfər öldü, 2 yaralı var


Bakının Sabunçu rayonunda qəza baş verib.

Manevr.az xəbər verir ki, rayonun R.Rüstəmov küçəsi 86 ünvanında avtobusla minik maşını toqquşub.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər yaralanıb, 1 nəfər ölüb.

Yaralılar 3 saylı Bakı Şəhər Klinik Xəstəxanaya çatdırılıblar. Onların vəziyyətləri orta-ağırdır.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev hadisənin təfərrüatı ilə bağlı açıqlama yayıb.

Bildirib ki, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən "Opel" markalı minik avtomobili digər nəqliyyat vasitəsinə dəyərək əks istiqamətdə gələn nəqliyyat vasitələrinin yoluna çıxıb. Daha sonra Qara Qarayev prospekti istiqamətində hərəkət edən 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkətdə olan (99 XJ 582 Dövləq Qeydiyyat Nişanı) avtobusun qarşısına çıxaraq avtobusa dəyib. Nəticədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hazırda qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırma aparılır./trend/

Manevr.az

Bakıda avtobus minik maşını ilə toqquşdu: 1 nəfər öldü, 2 yaralı var

Bakıda avtobus minik maşını ilə toqquşdu: 1 nəfər öldü, 2 yaralı var
Bakıda avtobus minik maşını ilə toqquşdu: 1 nəfər öldü, 2 yaralı var

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar