Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Başları bitişik əkizlər üzərində nadir əməliyyat aparıldı

Tarix: 16-07-2019 16:44     Baxış: 3191 A- / A+
Başları bitişik əkizlər üzərində nadir əməliyyat aparıldı


Böyük Britaniyada başları bitişik olan əkiz bacılar üzərində çox nadir sayılan cərrahiyyə əməliyyatı aparılıb.

Manevr.az xəbər verir ki, Londondakı klinikalardan birində icra edilən əməliyyat zamanı pakistanlı əkizlərin- Səfa və Mərvənin bitişik olan başları bir-birindən ayrılıb. Əməliyyat təxminən iki gün davam edib. Uşaqların hərəsinin öz beyni olub, amma iki beyin bir kəllə sümüyündə yerləşib. Əməliyyat zamanı kəllə sümüyü, bitişik damarlar bir-birindən ayrılıb.
Səfa, Mərvə bacılarının ilk əməliyyat ötən ilin oktyabrında, onların 19 aylığında Pakistanda olub. Lakin o zaman başları bir-birindən ayıra bilməyiblər.
Londonda keçirilən ikinci, çox ağır əməliyyat zamanı riskli məqamlar olub, hər an uşaqları itirmək qorxusu yaşanıb. Bütün bunlara baxmayaraq, 20 nəfərlik tibb personalı bu riskli işin öhdəsindən gəlib, əkizlər xilas edilib, əməliyyat uğurla başa çatıb.
Uşaqların anasının 34 yaşı var, əkizlərdən əvvəl onun 7 uşağı olub.
Qeyd olunur ki, belə hal 2,5 milyon doğuşdan bir baş verir, bu cür doğulan körpələr isə çox qısa zamanda həyatlarını itirirlər. (e-tibb.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar