Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rüşvət alarkən görüntüləri yayılan polislər işdən qovuldu

Tarix: 08-07-2019 16:56     Baxış: 3195 A- / A+
Rüşvət alarkən görüntüləri yayılan polislər işdən qovuldu


Sosial şəbəkələrdə yol hərəkəti qaydalarını pozan iki piyadadan rüşvət alarkən videogörüntüsü yayılan polis əməkdaşları vəzifələrindən azad edilib.

Manevr.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, yol hərəkəti qaydalarını pozan iki piyadadan rüşvət alan polislər barədə araşdırma yekunlaşıb:

“Polis əməkdaşları barədə Baş İdarədə xidməti yoxlama aparılıb. Müəyyən olunub ki, sosial şəbəkələrdə yayılan videogörüntülər iyunun 29-da Binəqədi rayonu, Azadlıq prospekti ilə Axundov küçəsinin kəsişməsində yolun hərəkət hissəsini müəyyən olunmayan yerdən keçən piyadalara qarşı profilaktik tədbirlər zamanı baş verib.

Polis serjantları Elvin Əhmədov və Ceyhun Nəsrullayev yolu müəyyən edilən yerdən keçməyən piyadalara dayandırmanın səbəbini izah etsələr də, heç bir sənədləşdirmə aparmayıblar”.

“Yol hərəkəti haqqında” qanunun və “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin tələblərini pozduqlarına görə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən Binəqədi RPİ Dövlət Yol Polisi şöbəsinə Binəqədi RPİ Post Patrul Xidməti bölüyündən ezam olunmuş əməkdaşlar aparılan xidməti yoxlamanın nəticəsinə görə Bakı Şəhər BPİ rəisinin müvafiq əmri ilə daxili işlər orqanlarından xaric edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar