Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda tanınmış jurnalistin xanımı və qızı intihar etdi

Tarix: 14-06-2019 16:45     Baxış: 3184 A- / A+
Bakıda tanınmış jurnalistin xanımı və qızı intihar etdi

Bakı şəhər Prokurorluğu paytaxtda jurnalistin həyat yoldaşı və qızının intiharı ilə bağlı məlumat yayıb.

Prokurorluqdan axar.az-a verilən məlumatda bildirilir ki, iyunun 14-də paytaxtın Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində yerləşən yaşayış binalarının birində 10-cu mərtəbədə yerləşən mənzildə yaşayan 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və onun qızı 1990-cı il təvəllüdlü Mahmudova Xədicənin özlərini yaşadıqları mənzilin pəncərəsindən yerə ataraq intihar etmələri faktı üzrə Yasamal rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilmiş və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, intihar edən R.Allahverdiyeva "Respublika" qəzetinin baş redaktorunun müavini İsmayıl Allahverdiyevin həyat yoldaşı, X.Mahmudova isə qızıdır.

Manevr.az

***
Bakıda tanınmış jurnalistin xanımı və qızı intihar etdi

“Respublika” qəzetinin baş redaktorunun İsmayıl Allahverdiyev ad-soyadlı müavini, ümumiyyətlə, belə bir işçisi yoxdur.

Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında qəzetin məsul katibi Müşfiq Cəfərov bildirib.

O qeyd edib ki, bu gün Bakıda intihar edən şəxslərin – Rübabə Allahverdiyevanın və Xədicə Mahmudovanın “Respublika” qəzetinin baş redaktorunun İsmayıl Allahverdiyev ad-soyadlı müavininin həyat yoldaşı və qızı olmasına dair məlumatı “oxu.az” saytı yayıb:

“Həmin sayt artıq xəbərdə düzəliş edib. İntihar edən şəxslərin yerli qəzetlərdən birinin əməkdaşı İsmayıl Balabəy oğlu Mahmudovun həyat yoldaşı və qızı olduğunu yazıblar. Özünüz də sayta daxil olub baxa bilərsiniz. Bizim bu ad-soyadlı da işçimiz yoxdur. Bu məlumatı onlara kimin verdiyini bilmirik. Yəqin ki, qəzetin baş redaktoru bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək. Kimsə nəsə yazıbsa, yaxud edibsə, buna görə redaksiya məsuliyyət daşımır ki...”

M.Cəfərov hesab edir ki, məsələni hüquq-mühafizə orqanlarının araşdırması vacibdir:
“Biz o adamı tanımırıqsa, bizim elə bir işçimiz yoxdursa, niyə bu barədə fikir yürütməliyik? Görünür, kiminləsə qarışdırıblar. Kimdənsə qeyri-dəqiq informasiya alıblar. Bir da bəyan edirəm ki, bizim elə bir işçimiz yoxdur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar