Sizin Reklam Burada
Xəbər lenti
17 noyabr
16 noyabr
BÜTÜN XƏBƏRLƏR

Təcavüzə uğrayan qadın futbolçudan - Şok açıqlamalar

Tarix: 09-06-2019 18:23     Baxış: 334 A- / A+
Təcavüzə uğrayan qadın futbolçudan - Şok açıqlamalar

Əfqanıstan Futbol Federasiyasının prezidenti Kəraməddin Kərim futboldan uzaqlaşdırılıb.

Manevr.az xəbər verir ki, buna səbəb qadın futbolçulardan ibarət Əfqanıstan millisinin bir neçə üzvünün prezidentin onlara təcavüz etdiyini açıqlaması olub. FİFA Kəraməddin Kərimi təcavüzdə ittiham edərək, onu ömürlük futboldan uzaqlaşdırıb.

Qadın futbolçulardan biri təcavüzlə bağlı açıqlamada bunları deyib:

“Məşqdən sonra evə qayıtmaq üçün pulum yox idi. Kömək istədim, mənə yaxınlaşdı və “səni daha yaxından görmək istəyirəm, bədənini görmək istəyirəm” dedi. Mən uzaqlaşmasını dedim, o isə “narahat olma, evə qayıtmaq üçün pul verəcəm, məni izlə” dedi. Kömək edəcəyini düşünmüşdüm. Bazadakı otaqlardan birinə girdi, çox qaranlıq idi. Başqa bir qapı da var idi, ancaq görə bilmirdim. Otaq otel otağına bənzəyirdi. Yataq və duş var idi. Mən girdikdən sonra qapını bağladı. Yatağa oturmağımı dedi. Mənə “bu gün paltarlarının altında nə var, onu görəcəyik. İstədiyin qədər qışqıra bilərsən, kimsə səni eşitməz” dedi. Məni yatağa tərəf itələsə də, həmin an qalxdım. Ondan qurtulmaq istədim, ancaq məni yumruqla vurdu. Sonra gözüm qaraldı və huşumu itirdim.

Oyandığımda üzərimdə paltar yox idi və hər yer qan idi. Ağzımdan, burnumdan qan gəlirdi. Duşa getdim və üzümü yudum. Sonra ona “mənə nə etdiyini hər kəsə, mediaya söyləyəcəm” dedim. O isə ağzıma silah tutaraq, “bir nəfərə desən, səni öldürəcəm” deyə, təhdid etdi.

Bununla bağlı ailəmə heç bir şey demədim. O isə komanda yoldaşlarıma mənim digər komanda yoldaşımı vurduğumu və bu səbəbdən milli komandadan uzaqlaşdırdığını demişdi”.

Bir neçə milli komanda oyunçusu da federasiya prezidenti Kərimin onlara təcavüz etdiyini açıqlayıb. Hadisələrdən sonra qadın futbolçular ölkə prezidenti Əşrəf Qani də daxil olmaqla, bir neçə nəfərin qanunsuz işlərlə məşğul olduqlarını deyiblər:

“Hökumətə etibarımız yoxdur. Kərim çox güclü insandır. Hökumət içərisində olan bir neçə tanışı var. Pulu çoxdur və insanları satın ala bilər”.teleqraf.com

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar