Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Naxçıvanda yanan azərbaycanlı Türkiyədə müalicə olunur

Tarix: 10-05-2019 12:39     Baxış: 3168 A- / A+
Naxçıvanda yanan azərbaycanlı Türkiyədə müalicə olunur


Naxçıvanda evinin mətbəxində baş verən partlayışda ağır yaralanan Məmmədəli Rzazadə ölümdən dönüb.

Bədəninin böyük bir hissəsində dərin yanıqlar əmələ gələn 5 uşaq atası Rzazadə Türkiyənin Ərzurum şəhərində müalicə olunur.

Naxçıvanda yanıq mərkəzi olmadığı üçün Bakıya göndərilən Rzazadə buradakı müalicə xərclərinin çox olması səbəbindən Ərzuruma aparılıb.

Bölgə Təhsil və Araşdırma Xəstəxanası Yanıq Müalicə Mərkəzində müalicə edilən 59 yaşlı həmyerlimizin sağlamlıq vəziyyətinin yaxşı olduğu öyrənilib.

Onun həyat yoldaşı Nəzakət Rzazadə ərini xilas edən türk həkimlərinə təşəkkür edib: "Həyat yoldaşım mətbəxə əlavə qaz xətti çəkirdi. Mən və uşaqlarım zalda oturmuşduq. O, siqaret yandırmaq istəyəndə böyük partlayış olub. Mətbəxə gedəndə, həyat yoldaşımın üzərindəki paltarlarının yandığını gördük. Vedrələrlə su töküb söndürdük. Naxçıvanda yanıq mərkəzi olmadığı üçün bizi Bakıya göndərdilər. Amma oradakı müalicənin çox bahalı olması səbəbindən Ərzuruma gəlmişik. Burada puldan öncə insan sağlamlığının mühüm olduğunu gördük. Hər kəs bizə qucaq açdı. Bu sevgi bizə günlərdir verdiyi acını unutdurdu".\open.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar