Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məktəbdəki balta davasında 5 nəfər xəstəxanalıq oldu

Tarix: 25-11-2016 17:19     Baxış: 4315 A- / A+
Məktəbdəki balta davasında


Bakı şəhəri, Suraxanı rayonunda yerləşən Sovet İttifaqı Qəhrəmanı Əmi Məmmədov adına 101 saylı orta məktəbdə şagird, müəllim və valideynlər arasında dava düşüb.

Bu barədə "Report"a Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən məlumat verilib.

Bildirilib ki, kütləvi dava zamanı 5 nəfər xəsarət alıb. Belə ki, məktəbdə dərs zamanı 10 b sinif şagirdi Ramin Zeynalov 11-ci sinif şagirdi İntiqam Abidov tərəfindən sinifdə döyülüb. Hadisə 10 b sinifinin rəhbəri Aynurə Hüseynzadənin sinifdə olduğu vaxt qeydə alınıb.

Məlum olub ki, davaya səbəb 10 b sinif şagirdi R.Zeynalovun sinif yoldaşı Gövhər Yaqubova ilə mübahisəsi olub. İ.Abidov isə özünü G.Yaqubovanın sevgilisi kimi qələmə verib. R.Zeynalovun anası Zəminə Zeynalova davadan xəbər tutaraq məktəbə gedib. Onunla G.Yaqubova arasında mübahisə düşüb. G.Yaqubova isə anası Tamara Yaqubovanı, dayısı Orxan Məmmədovu və nənəsi Tamara Məmmədovanı məktəbə çağırıb. Nəticədə, 47 yaşlı Z.Zeynalova döyülərək 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

G.Yaqubovanın dayısı O.Məmmədov isə balta ilə R.Zeynalovun üzərinə hücum çəkib. R.Zeynalov və onun bacısı Təhminə Zeynalova da döyülərək bədən xəsarətləri alıb. Münaqişənin qarşısını almaq istəyən məktəbin psixoloqu Mətanət Rəhimova və direktor müavini Elnarə Məmmədova da döyülüblər.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları məktəbə gedib, müəllim və valideynlərin izahatı alınıb.
Araşdırma aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar