Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ailəli bacısını başqa kişi ilə mesajlaşan yerdə tutdu və... — Azərbaycanda dəhşətli qətl

Tarix: 03-04-2019 16:29     Baxış: 3184 A- / A+
Ailəli bacısını başqa kişi ilə mesajlaşan yerdə tutdu və... — Azərbaycanda dəhşətli qətl


Bacısını boğaraq öldürməkdə təqsirləndirilən Şamaxı şəhər sakini, 1977-ci il təvəllüdlü Rafail Yolçuyevin Ali Məhkəməyə müraciət edib.

Təqsirləndirilən Rafail Yolçuyevin müraciətinə may ayının 15-də hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

Qeyd edək ki, 2017-ci ilin yanvarın 3-də Rəfail Yolçuyevin bacısı Yasəmən Arzuxanovanın əri İntiqam Arzuxanov ona zəng edərək bacısının əxlaqsız hərəkətlər etdiyini, mobil telefon vasitəsilə tanımadığı kişilərlə danışdığını və buna görə bacısını boşayacağını deyib.

Bundan sonra Rəfail bacısı Yasəmən Arzuxanovanın əri və üç övladı olduğu halda, əxlaqsızlıq etməsi, onun başqa kişilərlə danışması və görüşməsini aşkara çıxarıb.
21 yanvar 2017-ci ildə bacısını söhbət etmək üçün müvəqqəti məskunlaşdığı Bakıdan Şamaxıda yerləşən öz yaşadığı evə dəvət edib. Rəfail Yolçuyev yanvarın 23-də, səhər evdə heç kimin olmadığı bir vaxtda bacısının yatdığı otağa daxil olub. Bu zaman o, Yasəmən Arzuxanovanın yarım oturulu vəziyyətdə əlində telefon olduğunu görüb və onun başqa kişilərlə yazışdığını güman edib. Rəfail Yolçuyev bacısına “bəsdir də, sən hələ də ağıllanmırsan, səhər tezdən kimlə yazışırsan”, - deyə bildirib.

Bu zaman Yasəmən qardaşına kobud tərzdə cavab verib. Rəfael əsəbiləşərək çarpayıda oturan bacısını boğaraq öldürüb.

Rəfail Yolçuyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum olunub.\olke.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar