Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Qayınatam mənə dedi ki, gəl, səni saxlayım” — Azərbaycanda şok hadisə

Tarix: 14-11-2018 15:47     Baxış: 3278 A- / A+
“Qayınatam mənə dedi ki, gəl, səni saxlayım” — Azərbaycanda şok hadisə

Azərbaycanda qayınatanın oğlundan ayırdığı gəlininə əxlaqsız təkliflər etdiyi iddia edilir.

Manevr.az xəbər verir ki, Qəbələ rayonunda Mənsimov Rəsul Cavanşir oğlu ilə ailə quran Sevinc Mənsimova qayınatası tərəfindən başına gətirilən dəhşətli hadisəni A24.Az-a danışıb.

Gəlin iddia edib ki, qayınatası ona qarşı əxlaqsız hərəkətlər edib. Sevincin sözlərinə görə, Mənsimov Cavanşir ona illər öncə təcavüz etməyə cəhd göstərib. Lakin buna nail ola bilməyib:

"Yoldaşımla dalaşıb ayrılmışıq. Bir həftədir onu ailəsi gizlədir. Görə bilmirəm. Rəsul mənə dedi ki, məni ailəm səndən ayrılmağa məcbur edir. Yoldaşımla aramız dəyəndən sonra qayınatam mənə dedi ki, gəl, səni saxlayım. Uşağa da, sənə də sahib çıxıram. Dedim, sən necə atasan? Axı mən sənin gəlininəm. Cavab verdi ki, Allah eləməsin, sən mənim gəlinim olasan. Qayınatam hələ 2 il bundan əvvəl mənə təcavüz etməyə cəhd edib”.

Daha sonra Sevinc qayınatasının ona atdığı böhtanlardan da danışıb:
"Yoldaşımı qayınanamla baldızım yoldan çıxardı. Biz Oğuza uşağı peyvənd olunması üçün gətirmişdik. Sonra yoldaşım dedi ki, daha səni istəmirəm. Səninlə elə-belə evlənmişəm. Biz onunla qaçaraq evlənmişdik. Ona başqa qız almaq istəyirdilər. Bu səbəbdən qaçmaq məcburiyyətində qalmışıq. Qayınanamgil deyirdilər ki, mən ərə gələndə bakirə olmamışam. Lakin ərim polis bölməsində izahat yazdı ki, biz evlənəndə bakirə olmuşam. Bunlar qayınatamın şər-böhtanıdır”.

İddiaları dəqiqləşdirmək üçün Cavanşir Mənsimovla əlaqə saxladıq. Bildirdi ki, bütün bu iddialar gəlininin uydurmasıdır. O, Sevincin ruhi xəstə olduğunu söylədi:

"Gəlinin adında 9 cinayət işi var. O neçə insanı şərləyib. İndi də mənə şər-böhtan atır. Mən Daxili İşlər Nazirliyinə müraciət edəcəyəm. Xahiş edəcəm ki, bu qızı araşdırısınlar. Neçə oğlanı şərləyib. Hazırda həmin insanlar həbsxanadadır. Guya 4 oğlan onu zorlamaq istəyib. Guya bu o qədər gözəldir ki, bütün respublika bunu zorlaya-zorlaya gedir. Hamıya şər atır ki, guya bunu zorlamaq istəyirlər. Mənim gəlinim dəlidir. Bütün sənədlərimizi götürüb gedib. Mən ona demişəm ki, gəl sənə də, uşağına da övladım kimi baxım. Körpə uşaq küçədə qalıb, onun heç bir günahı yoxdur”.
“Qayınatam mənə dedi ki, gəl, səni saxlayım” — Azərbaycanda şok hadisə

“Qayınatam mənə dedi ki, gəl, səni saxlayım” — Azərbaycanda şok hadisə

“Qayınatam mənə dedi ki, gəl, səni saxlayım” — Azərbaycanda şok hadisə



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar