Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ağır qəza - Yolu xətləyən işçi öldü/ FOTO

Tarix: 12-05-2018 14:57     Baxış: 3416 A- / A+
Ağır qəza - Yolu xətləyən işçi öldü/ FOTO


Bakı Dairəvi-1 avtomobil yolunda saat 13 radələrində ölümlə nəticələnən qəza baş verib. Qəza nəticəsində "Yol Xətt" MMC-nin işçisi dünyasını dəyişib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən milli.az-a verilən məlumata görə, hadisə avtomobil yolunun "Meyvəli" bazarı istiqamətinə düşən hissəsində baş verib.

Ağır qəza - Yolu xətləyən işçi öldü/ FOTO


Belə ki, ərazidə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılarkən 90 FS 151 dövlət nömrə nişanlı yük maşınının sürücüsü idarəetməni itirərək maşını öncə yolda hərəkətdə olan "Pajero" markalı avtomobilə, daha sonra ərazidə xidmət aparan və həmin hissədə işlərin aparıldığı üçün yolun bağlı olduğunu sürücülərə işarələyən BDYPİ-nin Yol Patrul Xidməti avtomobilinə və "Yol Xətt" MMC-yə məxsus minik maşınına çırparaq, MMC-nin işçisi olan 1972-ci il təvəllüdlü İlqar Əmirovu vurub və yol kənarında quraşdırılmış əyri-xətli dəmir tirlərə dəyərək dayanıb. İlqar Əmirov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

İlkin versiyaya əsasən, hadisə yük maşınının əyləc sistemində yaranmış nasazlıq ucbatından baş verib. Faktla bağlı araşdırma aparılır.

Manevr.az


Ağır qəza - Yolu xətləyən işçi öldü/ FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar