Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qəzaya düşən əri və 5 yaşlı qızı haqda açıqlama verdi

Tarix: 15-12-2017 22:10     Baxış: 5297 A- / A+
Qəzaya düşən əri və 5 yaşlı qızı haqda açıqlama verdi
Aktrisa Pınar Altuğ ötən gün avtomobil qəzası keçirən həyat yoldaşı Yağmur Atacan və 5 yaşlı qızı haqda məlumat verib.

Manevr.az axşam.az-a istinadən bildirir ki, aktrisa hər iki ailə üzvünün yaxşı olduğunu bildirib. O, əri və qızının şəklini paylaşaraq yazıb:

"Dünən axşam qızım və ərim avtomobil qəzasına düşdü. Çox şükür həm ailəmin, həm də qarşı tərəfin sağlığı yerindədir. Maraqlanan hər kəsə təşəkkür edirəm. Allah bir daha göstərməsin".

Qeyd edək ki, ötən gün aktyor Y.Atacanın idarə etdiyi avtomobil başqa avtomobillə toqquşub. Zərbənin təsirindən Yağmurun avtomobili maneələrə çırpılıb, digər avtomobil isə çevrilib.

Atacan və maşında olan 5 yaşlı qızı xəsarət almasa da, digər sürücü ağır xəsarətlə xəstəxanaya çatdırılıb.

Qəzadan sonra açıqlama verən aktyor yoldan neçə dəfə şikayət etdiyini deyib:

"Mən 7 ildir ki, burada yaşayıram. Bu yolla bağlı 3 dəfə lazımi qurumlara şikayət etmişəm. Əgər tədbir görməsələr bu yolda daha çox qəza olacaq. İnşaallah, bu bir siqnal olar. Digər sürücü də tez sağalar".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar