Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaqpulu məsələsi parlamentdə: İşçi qrupu yaratmaq təklif edildi - Əsas şərt

Tarix: 06-08-2020 13:27     Baxış: 3251 A- / A+
Uşaqpulu məsələsi parlamentdə: İşçi qrupu yaratmaq təklif edildi - Əsas şərt


Milli Məclisin bugünkü iclasında deputatlar Tahir Kərimli və Sabir Rüstəmxanlı ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında”qanun layihəsinin müzakirəsi zamanı uşaq pulu məsələsini gündəmə gətiriblər.

Tahir Kərimli ünvanlı sosial müavinətin dayandırılmasını, onun əvəzində uşaqpulunun verilməsini təklif edib:

“Ünvanlı sosial yardımı 70 faiz imkanlı ailələr alır, bu da insanlarda qıcıq yaradır. Ən kasıb ölkələrdə də hazırda ailələrə uşaqpulu verilir. Bizdə isə belə müavinət yoxdur. Nazir deyib ki, bunun üçün 2.5 milyard manat vəsait lazımdır. Uşaqpulu strateji məsələdir və onun verilməsi vacibdir. Deyirik ki, Neft Fondunda olan vəsait gələcək nəsillər üçündür. Bəs, uşaqlar bizim gələcəyimiz deyilmi? Bəlkə uşaqpulunu zamanında bərpa etsəydik, bu gün 190 manata bir çox ailələrin ehtiyacı olmayacaqdı. Ən azından birtəhər dolanacaqdılar. Bu gün uşaqpulu vermiriksə, sabah onları necə müharibəyə aparacağıq?”

Sabir Rüstəmxanlı isə rayonlarda icra başçılarının insanların sosial müdafiəsinə ayrılan vəsaitləri mənimsədiyini bildirib: “Bununla bağlı bir çox video faktlar gördük. Bunu təkzib etmək olmaz. Bunun qarşısını almaq üçün ən yaxşı çıxış yolu uşaqpulunun verilməsidir. Təklif edirəm ki, bu məsələyə baxılsın”.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Qasımlı isə bildirib ki, bu məsələdə ünvanlılığa üstünlük verilməlidir: “Təklif edirəm ki, müvafiq işçi qrup yaradılsın və bu məsələni araşdırsın. Hesab edirəm ki, belə qərar qəbul edilərsə ünvanlı olmalıdır, yəni uşaqpulu ehtiyacı olan ailələrə verilməlidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar