Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yüksək vəzifəli şəxslər cəzalandırıldı

Tarix: 20-06-2020 20:23     Baxış: 4193 A- / A+
Azərbaycanda yüksək vəzifəli şəxslər cəzalandırıldı


Qusar rayonu Qalacıq kəndinin yaxınlığında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət əsasında aparılan araşdırma yekunlaşıb.

Manevr.az-ın məlumatına görə, bunu jurnalistlərə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

O qeyd edib ki, bir müddət əvvəl sözügedən ərazidə ağac kəsintisi faktı müəyyən edilib və təqsirkarın aşkar olunması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib.

"Aparılan araşdırma zamanı məlum olub ki, Qalacıq kəndinə bitişik meşə fondunun açıq sahəsində aqrobağların salındığı sahə ilə həmsərhəd olan bələdiyyə torpağında ağaclar Qusar rayon sakini Məhəmməd Tahirov tərəfindən kəsilib.

Faktla bağlı təqsirkar şəxsin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülür.

Daxil olan məlumatla bağlı vaxtında tədbir görmədiyinə görə, Regional Ekologiya İdarəsinin rəhbərliyi barəsində intizam tənbehi tədbiri görülüb”.

Xidmət rəisinin sözlərinə görə, eyni zamanda, sosial şəbəkədə Qalacıq kəndinin Bəbirqala adlanan sahəsində ağacların kəsiləcəyi ilə bağlı yayılan məlumat da araşdırılıb.

"Sözügedən ərazidə ağac kəsintisinin olmadığı məlum olub və gələcəkdə hər hansı fəaliyyətin həyata keçiriləcəyi barədə deyilənlər təsdiqini tapmayıb”.

H.Əlizadə yaşıllıqlara həssas münasibət göstərən, belə məsələlərin işıqlandırılmasında və sona çatdırılmasında onlara kömək edən ictimai fəallara təşəkkürünü bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar