Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Polis bölməsindən buraxılan Yasamal sakini:“30 nəfər 5 saat məni döydülər” – İDDİA + VİDEO

Tarix: 09-06-2020 18:11     Baxış: 3342 A- / A+
Polis bölməsindən buraxılan Yasamal sakini:“30 nəfər 5 saat məni döydülər” – İDDİA + VİDEO

“8-i günü səhər-səhər məni apardılar 29-cu bölməyə, 30 nəfər 5 saat məni döydülər”.

Maevr.az yeniavaz.com-a istinadən xəbər verir ki, bu sözləri bu gün azadlığa buraxılan Yasamal sakini Kərim Süleymanov deyib. O bildirib ki, daha sonra 29-cu polis bölməsinin rəisi ondan üzr istəyib:
“Mən Süleymanlı Kərim etibar oğlu, Süleymanov Elvinin qardaşı, 8-i günü səhər-səhər məni apardılar 29-cu bölməyə, 30 nəfər 5 saat məni döydülər, özüm də deyə-deyə “ağciyərim yoxdur, cərrahiyə olmuşam”. Özüm 2009-2011, Mübariz İbrahimovla bir yerdə xidmət etmişəm, iştiraklarım olub döyüşdə. Bunları deyə-deyə, onlar məni 5 saat döyüblər. İnsanı belə döyməzlər. Və nalayiq olan sözlər deyiblər”.
K. Süleymanov bu işə baxılması üçün prezidentə də müraciət edib.
O bildirib ki, onunla birgə saxlanıəlmış 11 nəfər də döyülüb: “Dəfələrlə təkrarlayırdım ki, mənim ağciyərim xəstədir, vurmayın oradan, partlayar ölərəm. Dırnaqdan tutmuş başa kimi hər şey, yəni heyvan kimi döyüblər”.
Xatırladaq ki, Yasamalda polis əməliyyatı zamanı saxlanılan Kərim Süleymanov azadlığa buraxılıb.
Qeyd edək ki, K.Süleymanovun digər qardaşı Elvin Süleymanov evində yatdığı yerdən, yarıçılpaq halda aparılıb və ona inzibati həbs cəzası verilib.

Maevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar