Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xalq artistinə növbəti reaksiya:“Afaq Bəşirqızı, sənin sözünə heç bir bəraət yoxdur!”

Tarix: 13-04-2020 16:43     Baxış: 3759 A- / A+
Xalq artistinə növbəti reaksiya:“Afaq Bəşirqızı, sənin sözünə heç bir bəraət yoxdur!”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Emil Rasimoğlu Xalq artisti Afaq Bəşirqızının növbəti dəfə verdiyi müsahibəsindəki fikirlərə münasibət bildirib.

Deyirəm, atalar yaxşı deyib, oğru elə bağırdı ki, doğrunun ürəyi getdi. Afaq Bəşirqızı yeni bir video müsahibə verib. Bu dəfə də deyəcəyəm, kaş heç verməz olaydı. Necə deyərlər, qaş düzəltdiyi yerdə yenə vurub göz çıxardıb.

Deməli, sözügedən video müsahibədə öncə onun fikirlərinə etiraz edənləri onu düz başa düşməməkdə suçlayıb "nadan" adlandırır. Sonra başlayır həmin o məlum müsahibəsindəki fikirlərə müəyyən təhriflərlə əlavələr etməyə ki, ay nə bilim mən o cümləni belə deməmişəm, elə demişəm flan... Sonra da öz xidmətlərindən danışır...

Bir sözlə, çarəsizlik görkəmi! Guya bu adamı biz başa düşə bilməmişik. Ay evi tikilmiş, fəlsəfə yaratmışdın, ya böyük sənət nümayiş etdirmişdin ki, səni başa düşə bilməyək. Neyləmişdin ki? İnsanlığı alçaltmışdın da!

Hörmətli Afaq Bəşirqızı, əvvəla onu deyim ki, sənin "Azadlıq radiosu"na verdiyin müsahibənin nəyinki yazılı, eyni zamanda səsli variantı göz önündədir. Səsinin tonuna qədər! Üzünü rayon əhalisinə tutub çox hörmətsizcəsinə işlətdiyin "Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa “Novostroyka”nın zirzəmisində gizlənib uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb həzz almaq istəyimizdən bu günə düşmüşük. “Novostroyka”nın zirzəmisində şikəst uşaq əkib-doğurlar" flan tipli cümlələrdə başa düşülməyəcək heç nə yoxdu. İndi durub nələrəsə don geyindirib sənə əks düşüncədə olanları günahlandırmağın özü daha da ucuzçuluğa getməkdən, bir az da öz səhvində boğulmaqdan başqa heç nə deyil. O ifadələri sən demisən, deməyinlə də adına, sənətinə sayğı, sevgi bəsləyib dəyər verən bir cəmiyyəti aşağılayıb təhqir etmisən. Buna heç bir bəraət belə yoxdur!

Birmənalı olaraq çıxıb xalq qarşısında üzr istəməlisən! Bu addım, bu üzr sənin son dəfə böyüklük etmək və ya bəlkə də xalqın yaddaşında yaşamaq hüququnu qazanmaq şansındı. Təbii ki, əgər o böyüklüyü bacarsan...Bu belə!

Keçək ağızdolusu danışdığın xidmətlərinə; Bəlkə də unutmusan. Amma xəbərin olsun ki, əgər bu ölkənin mədəniyyəti, incəsənəti qarşısında xidmətlərin olubsa da o xidmətlərin müqabilində istər dövlət tərəfindən, istərsə də xalq, cəmiyyət tərəfindən öz layiqli dəyərini almısan (Hərçənd ki, nə edək ki, o dəyəri tapdamağı da bacardın). Sənə sözün yaxşı mənasında hansı diqqətlər göstərilmədi? Hansı mərtəbələrə yüksəlmədin ki...Sözün Quran ayəsi oldu, sevgin Tanrı qatı. Bəs deyildimi, Afaq Bəşirqızı?! Ya o mərtəbədə dayanmaq çətin oldu? Amma sən neylədin? Onu bu səfər özün düşün...

Vaxt edəndə xalqın içindəki Afaq Bəşirqızına dön bir də bax; Bəlkə də tapmayacaqsan. Tapsan da özün acıyacaqsan ona. Niyəsini isə hamı bilir, deyəsən, bir səndən başqa. Sözümün canı budur ki, indi gəlib ilin-günün bu çağında xidmətlərini özünə qalxan etmə!

Bir xalq önündə edilən xidmət o xalqı aşağılamaq, təhir etmək səlahiyyətini, haqqını heç kəsə vermir, eləcə də sən Afaq Bəşirqızına- böyük Bəşir Səfəroğlunun qızına!

Məlum fikirlərinə etiraz edənləri "nadan" adlandırmağına gəlincə isə bu məqamda heç nə deməyəcəyəm. Çünki aşağılamağı bacaran bir şəxsdən bu və ya bu tip sözlər nə qədər acı olsa da artıq bir o qədər də normaldı...

Həə, bir də unutma, mənfi qəhrəmanlara yalnız filimlərdə əbədi yaşamaq haqqı verilir!

Emil Rasimoğlu
AYB-nin üzvü,
Prezident təqaüdçüsü

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar