Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Qorxu immuniteti çökdürə bilər" - mütəxəssis

Tarix: 13-04-2020 09:54     Baxış: 4174 A- / A+
"Qorxu immuniteti çökdürə bilər"

Pandemiya dövründə çoxları sağlam qidalanmadan danışır, buna əməl etməyə çalışır. Amma onu da bilməliyik ki, hər nə qədər sağlam qidalansaq da, qorxu stress hormonlarımızı yüksəldə, bu isə immunitetimizi çökdürə bilər. Ona görə də əsas məsələ qorxuya qalib gəlmək, stresdən uzaq olmaqdır.

Manevr.az e-tibb.az-a istinadən xəbər verir ki, bunu həkim-qastroentereloq, hepatoloq Arzu Yusifova APA TV-nin “Sosium” proqramında koronavirusdan qorunmaqla bağlı danışarkən deyib.

Mütəxəssis bildirib ki, karantin rejimi dövründə fiziki aktivlik azaldığı üçün qəbul olunan qidanın miqdarını azaltmaq lazımdır: "Hərəkətsiz olduğumuz dövrdə çox qida qəbulu həm mədə-bağırsaq sisteminə, həm də beyin fəaliyyətinə ciddi ziyan verir. Ona görə də yeməyin miqdarını azaltmaq lazımdır. Hətta səhhətimiz buna imkan verirsə, həftədə bir dəfə ac qalmaq, yalnız su içmək daha faydalı olar.

Amma sırf sağlam qidalanma ilə bağlı danışsaq, daha çox təzə bişmiş yeməklər, meyvə-tərəvəzlər, dənli bitkilərə üstünlük vermək tövsiyə olunur. Bu gün zəncəfildən çox istifadə edilir. Zəncəfil doğrudan da çox faydalıdır. Amma normaya uyğun qəbul edilməlidir, bu miqdar hamı üçün standart deyil, hər kəs üçün fərqlidir”.

Virusdan qorunmaq üçün soğan-sarımsaqdan da çox istifadə edildiyini xatlrladan A. Yusifova bunu tövsiyə etmədiyin bildirib: “Çünki ağır həzm olunan qidalardır, nə qədər az yeyilsə, bir o qədər yaxşıdır”...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar