Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

AzTU-da struktur dəyişikliyi olub

Tarix: 31-01-2020 17:33     Baxış: 3213 A- / A+
AzTU-da struktur dəyişikliyi olub

Azərbaycan Texniki Universitetində (AzTU) bir sıra departament və şöbələr ləğv edilərək onların bazasında yeni şöbələr yaradılıb.

Universitetin mətbuat xidmətindən verilən məlumata görə, “Elm və innovasiyalar” departamenti ləğv edilərək, onun bazasında “Tədqiqat və inkişaf” şöbəsi yaradılıb. Kimya üzrə fəlsəfə doktoru, dos. Mərziyyə Ağayeva şöbənin müdiri vəzifəsinə təyin olunub. O, bundan əvvəl AzTU-nun Beynəlxalq əlaqələr departamentinin direktoru vəzifəsində çalışıb.

Beynəlxalq əlaqələr departamenti ləğv edilərək onun bazasında “Beynəlxalq əlaqələr” şöbəsi yaradılıb. Mustafa Əhmədov həmin şöbənin müdiri vəzifəsinə təyin olunub. O, bundan əvvəl Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsində böyük məsləhətçi və bir sıra universitetlərdə şöbə müdiri vəzifələrində çalışıb.

AzTU-nun “Strateji planlaşdırma” şöbəsi də ləğv edilib. Onun bazasında “Texnoloji transfer” şöbəsi yaradılıb. Texnika elmləri namizədi Vəli Fətəliyev şöbənin müdiri vəzifəsinə təyin olunub. O, bundan əvvəl Müdafiə Sənayesi Nazirliyinin “Müdafiə təyinatlı məmulatların istehsalı” şöbəsinin müdiri, həmçinin bir sıra nazirliklərdə şöbə müdiri vəzifəsində çalışıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosentidir.apa


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar