Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Valeh Ələsgərov 15 il deputat oldu, seçicilərlə 1 dəfə görüşdü” - Video

Tarix: 06-12-2019 14:15     Baxış: 3269 A- / A+
“Valeh Ələsgərov 15 il deputat oldu, seçicilərlə 1 dəfə görüşdü” - Video

Xəbər verildiyi kimi Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-a təyin edilib. Sərəncama əsasən, parlamentin beşinci çağırışı buraxılıb.

Manevr.az-ın məlumatına görə, gündəmdə olan bu məsələ ilə bağlı 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputatlığa namizəd, ictimai fəal Tural Turan bizimyol.info-ya bildirib ki, bu dairədən 15 il ərzində deputat olmuş Valeh Ələsgərov cəmir bir dəfə seçicilərlə görüşüb.

“Mən həmin dairədən deputatlığıa namizədliyi sürməyimə səbəb seçicilərin Valeh Ələsgərovu deputat kimi fəaliyyətini görməməsidir. O, bir dəfə seçicilərlə görüşüb. O da, 2005-ci ildə keçirilən parlament seçkilərində seçicilərlə görüşüb. Nə deputat olduğu dönəmdə, nə də 2010 və 2015-ci illərdə keçirilən parlament seçkilərində seçicilərlə görüşməyib. Şəmkir rayonunda olan məntəqələrdə seçicilərin bir çox problemi olub. O, seçicilərlə maraqlanmayıb. Diplamatiyada yazılmamış qanun var ki, deputat millətin tutuquşusu olmalıdır. Yəni başqasının tutuquşusu olmamalıdır”,-deyə T.Turan bildirib.

O, qeyd edib ki, Valeh Ələsgərovun seçicilər arasında nüfuzu yoxdur: “Gəncləri fəal olmağa və öz gələcəklərinə biganə qalamağa çağırıram. Ümid edirəm ki bu il deputat gənc olacaq”.

Qeyd edək ki, 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat Valeh Ələsgərov 2005-ci il dekabrın 2-dən Milli Məclisi Sədrinin müavinidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar