Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazir müavini bu rayonda gənc müəllimlərlə görüşdü

Tarix: 25-10-2019 16:59     Baxış: 3161 A- / A+
Nazir müavini bu rayonda gənc müəllimlərlə görüşdü

Bu gün Təhsil nazirinin müavini Firudin Qurbanov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində gənc müəllimlərlə görüşüb.
Nazirlikdən verilən məlumata görə, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə baş tutan görüşdə İmişli və Ağcabədidə fəaliyyət göstərən 40-a yaxın gənc müəllim iştirak edib.
Görüş zamanı Təhsil nazirinin müavini Firudin Qurbanov son illərdə ölkəmizdə gedən iqtisadi inkişaf prosesindən danışıb və təhsil sahəsində həyata keçirilən islahatların bu İnkişafın nəticəsi olduğunu deyib. Müəllimlik peşəsinə marağın ildən-ilə artdığına diqqət çəkən nazir müavini bu peşənin əhəmiyyətini vurğulayıb və bildirib ki, müəllimdən yüksək peşəkarlıq, yüksək mədəniyyət, öyrətmək, eyni zamanda öyrənmək həvəsi və bacarığı, şagirdlərə hörmətlə yanaşmaq və onları sevmək tələb olunur. Firudin Qurbanov əlavə edib ki, müəllim şagirdinə qarşı həssas yanaşmalıdır.
Nazir müavini müəllimlərin daim bilik və bacarıqlarının artırılması, onların təhsildə baş verən yeniliklərdən məlumatlı olması, fəal müəllimlər şəbəkəsinin formalaşması istiqamətində Assosiasiyanın yaradılmasının əhəmiyyətini də vurğulayıb.
Daha sonra görüşdə iştirak edən müəllimlər öz fikir və təkliflərini bölüşüblər.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar