Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident bu qurumları niyə birləşdirdi? – Millət vəkili

Tarix: 24-10-2019 09:18     Baxış: 4198 A- / A+
Prezident bu qurumları niyə birləşdirdi? – Millət vəkili


Prezident İlham Əliyev hələ 2018-ci il seçkilərindən sonra andiçmə mərasimində çıxışında qeyd etmişdi ki, ölkədə iqtisadi islahatların yeni mərhələsi başlayır və islahatlar daha da dərinləşdiriləcək.


Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Elman Nəsirov ölkədə son günlər həyata keçirilən islahatları şərh edərkən deyib. O, ötən gün iqtisadi sahə ilə bağlı Prezidentin imzaladığı fərman və sərəncamların mahiyyətindən danışıb:

“Ölkə başçısı eyni zamanda oktyabrın 15-də Nazirlər Kabinetinin son toplantısında qeyd elədi ki, bizim iki vəzifəmiz var - islahatların daha da dərinləşdirilməsi və iqtisadi artımın təmin edilməsi. İslahatların dərinləşdirilməsi kadr islahatlarını da özündə ehtiva edir. Cənab Prezident bu istiqamətdə ardıcıl addımlar atmağa başlayıb. Məlum olduğu kimi, Baş nazirin iki müavini öz ərizəsi ilə işdən çıxarıldı. Eyni zamanda, İqtisadiyyat naziri Baş nazirin müavini təyin edildi, İqtisadiyyat Nazirliyinə isə keçmiş Vergilər naziri rəhbər gətirildi. Prezidentin növbəti sərəncamı ilə Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi İqtisadiyyat Nazirliyinə birləşdirildi. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, xarici investorların qeyri-neft sektoruna cəlb edilməsi əsas hədəflər sırasındadır. Bunu həyata keçirmək üçün İqtisadiyyat Nazirliyinin üzərinə böyük məsuliyyət düşür”.

Politoloq qeyd edib ki, Prezident Şahin Mustafayevlə görüşündə də bu məqama diqqət çəkdi:


“İqtisadiyyat Nazirliyinin funksiya və strukturunun genişləndirilməsi də məhz bu reallıqdan qaynaqlanır. Heç şübhəsiz ki, İqtisadiyyat Nazirliyinin ölkədəki ən önəmli nazirliklərdən biri olacağını söyləmək olar”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar