Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Siyavuş Novruzov Rövnəq Abdullayevlə Oqtay Əsədovun MÜDAFİƏSİNƏ QALXDI

Tarix: 07-10-2019 20:21     Baxış: 3185 A- / A+
Siyavuş Novruzov Rövnəq Abdullayevlə Oqtay Əsədovun MÜDAFİƏSİNƏ QALXDI

Təkcə son zamanlarda hədəfə götürülən məmurlara diqqət yetirdikdə məqsəd daha aydın şəkildə özünü büruzə verir. Milli Məclis haqqında, Milli Məslisin sədri Oqtay Əsədov və parlamentin deputatları, həmçinin SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin və başqalarının haqqında yalan, əsassız fikirlərin səsləndirilməsində məqsəd onların rəhbərlik etdikləri strukturların Azərbaycanımız üçün gördükləri işlərin əhəmiyyətini azaltmaq, ictimai fikirdə çaşqınlıq yaratmaq, ən əsası uğurlarımıza qara eynəkdən baxmaqdır. Bunu əsasən Avropadakı “söyüş müxalifəti” və daxildəki əlaltıları həyata keçirir.

Manevr.az xəbər bildirir ki, bunu millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O, qeyd edib ki, «söyüş müxailfəti»nin bu gün tənqid üçün əsas hədəfə götürdüyü şəxslərdən olan Oqtay Əsədovun rəhbərlik etdiyi Milli Məclis qanunverici orqan olaraq ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar yaradan qanunların qəbulunda əhəmiyyətli rol oynayır.

“O qanunlar ki, daim yenilənir, təkmilləşir, hər sahədə irəli sürülən təşəbbüslərin gerçəkləşməsinə öz töhfələrini verir. O kəslər Oqtay Əsədov haqqında yazanda ümumilikdə parlamenti gözdən salmaqla və fəaliyyətini inkar etməyə cəhd edirlər. Bu qətiyyən yolverilməzdir. Bunların çirkin məqsədləri hamıya bəllidir. Bu baxımdan ki, hədəf götürdükləri digər şəxsin, Milli Məclisin deputatı Rövnəq Abdullayevin rəhbərlik etdiyi SOCAR-ın ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasına davamlı töhfələrini, dünyanın tanınmış şirkətləri ilə bir sırada addımlamasını, beynəlxalq səviyyədə də etiraf olunduğu kimi, daim uğurun izlədiyini, ölkənin hüdudlarından kənarda reallaşdırdığı investisiya layihələrin ölkəmizə qazandırdığı iqtisadi və siyasi dvidentlərini geniş şərh etməyə ehtiyac yoxdur.

Təkcə son bir ildə həyata keçirilən layihələrə diqqət yetirmək kifayətdir. Beynəlxalq əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TANAP-ın, həmçinin Azərbaycan-Türkiyə birliyinin növbəti təzahürü olan «Star» neft emal zavodunun istifadəyə verilməsi, ən əsası 2017-ci ildə «Yeni əsrin müqaviləsi»nin imzalanması SOCAR-ın beynəlxalq nüfuzunun təqdimatında əhəmiyyətli rol oynayır. SOCAR, eyni zamanda, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə təsdiqlənən Dövlət proqramlarına uyğun olaraq paytaxt və bölgələrdə mühüm sosial layihələr həyata keçirir.

SOCAR-ın Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində məktəb tikintisində, həmçinin Dövlət Proqramlarına uyğun olaraq digər infrastruktur layihələrinin gerçəkləşdirilməsində öz payı var. Bu şəxslərin yalnız fəaliyyətlərinin deyil ailə üzvlərinə də böhtan atılması artıq onların hansı məqsədi güddüklərini ortaya qoyur: Dövlətə, xalqa xidmət edən və əməli fəaliyyəti ilə Prezidentə sadiqliklərini nümayiş etdirən şəxsləri gözdən salmaq və ictimai fikirdə mənfi rəy yaratmaq.

Uğurlarımıza və onlara öz töhfələrini verən məmurların uğurlu addımlarına diqqət yetirməklə bu ümumiləşdirməni qeyd edə bilərik ki, xaricdəki ünsürlər və daxildəki əlaltıları hakimiyyətin əsaslarını laxlatmaq və Prezidentin ətrafındakı sadiq insanları hədəfə almaqla onları gözdən salmaq, beləliklə də Prezidentin komandasına xətər yetirməyi düşünürlər. Amma unudurlar ki, həqiqətə həqiqət gözü ilə baxan xalq reallıqların təbliğatçısı olmaqla yanaşı hər kəsin kimliyini, hansı məqsədlər uğrunda mübarizə apardığını daha yaxşı bilir. Xaricdəki iaşə müxalifətinin və onların daxildəki dəstəkçilərinin əməlləri 100 faiz dələduzluq və fırıldaqçılıdır…”-deyə, YAP rəsmisi sözlərinə əlavə edib.etikxeber.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar