Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirdən yol polisində YENİ TƏYİNATLAR

Tarix: 05-10-2019 13:54     Baxış: 3270 A- / A+
Nazirdən yol polisində YENİ TƏYİNATLAR


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində geniş islahatlara başlayıb və proses davam edir. Nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının tağım komandirlərinin yeri dəyişdirilib, başqa təyinatlar da var.

Manevr.az bildirir ki, alayın 10-cu tağımın komandiri, mayor Qulu Quliyev İmişli Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin rəisi təyin edilib. Şəmkir postunun komandiri, mayor Aqil Məmmədov 9-cu tağımın komandiri vəzifəsindən azad olunaraq Qaradağ postunun - 6-cı tağımın komandiri təyin edilib. Qaradağ postunun komandiri, mayor Vüqar Əsgərov bu vəzifədən azad edilərək Saray postunun - 1-ci tağımın komandiri təyin edilib. 1-ci tağımın komandiri, mayor Ürfət Şükürov 7-ci tağımın - Nəvai postunun komandiri təyin edilib. Nəvai postunun komandiri, mayor Vüqar Kərimli isə Salyan postunun - 10-cu tağımın komandiri təyin olunub. İsmayıllı postunun - 4-cü tağımın komandiri, mayor Ağasəlim Nağıyev təqaüdə göndərilib. Onun yerinə Qəbələ rayon DYP-nin rəisi Yusif Səlimov təyin edilib.

Şəmkir postunun komandiri vəzifəsinə 9-cu tağımın baş inspektoru Elnur Zeynalov təyin edilib. Nazirin daha bir əmri ilə mayor Şahmar Süleymanov Sabirabad postunun komandiri vəzifəsindən azad edilərək 3-cü tağımın - Müşfiq postunun komandiri təyin edilib./avtosfer.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar