Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AŞPA-nın qarşısında aksiya keçirildi

Tarix: 03-10-2019 12:41     Baxış: 4277 A- / A+
Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AŞPA-nın qarşısında aksiya keçirildi

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) binası qarşısında Dağlıq Qarabağda ermənilərin girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı aksiya keçirilib.

Manevr.az-ın apa -nın avropa bürosuna istinadən xəbərinə görə, aksiya iştirakçıları əllərində “Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq!”, “Ermənistan Azərbaycan torpaqlarındakı işğala son qoymalıdır!” yazılmış plakatlar tutublar.
Aksiya iştirakçıları AŞPA-nın payız sessiyasında iştirak edən parlamentariləri və ətrafdakı insanları məsələ ilə bağlı məlumatlandırıblar.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Manevr.az
Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AŞPA-nın qarşısında aksiya keçirildi
Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AŞPA-nın qarşısında aksiya keçirildi
Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AŞPA-nın qarşısında aksiya keçirildi
Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AŞPA-nın qarşısında aksiya keçirildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar