Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaqlara yanıqlar zamanı DÜZGÜN yardım

Tarix: 15-08-2019 22:52     Baxış: 3156 A- / A+
Uşaqlara yanıqlar zamanı DÜZGÜN yardım


Yanıqlar uşaqlar arasında ən yayılmış travma növüdür.

Manevr.az bildirir ki, statistikaya görə, uşaqların aldığı travmalar arasında 70-80% məhz yanıqlardır.

Bu səbəbdən hər bir valideyn yanıq zamanı düzgün (!) ilk tibbi yardım göstərməyi bacarmalıdır.

Beləliklə, ilk növbədə yanmış sahədən paltarları çıxardın. Əgər paltar yaraya yapışıbsa onu dartmayın, qopartmayın! Sadəcə qalan (yapışmamış) parçanı ehtiyatla kəsin.

Yanmış sahəni axar suyun altında 10-15 dəqiqə saxlamaq lazımdır ki, yanan yerdə hərarət düşsün və yanıq daha dərin qatlara yayılmasın. Həmçinin bu ağrını və yanma hissini azaldır.

Su buz kimi olmamalıdır, suyun temperaturu təxminən 15-20 C olmalıdır. Buzdan istifadə etmək olmaz!

Yanığa yağ, yumurta ağı, bal və s. bu kimi xalq təbabəti vasitələri sürtməyin! Yaraya spirt, yod, “zelyonka” sürtməyin! Bu vəziyyəti daha da ağırlaşdıracaq!

Yanmiş sahəni su ilə soyutduqdan sonra steril sarıq qoyulur.

Uşağa ağrıkəsici dərman verin. Bu hərarət salanda istifadə etdiyimiz istənilən preparat (məsələn, ibuprofen, nurofen ola bilər).

Həmçinin uşağa antihistamin (allergiya əleyhinə) həb vermək lazımdır. Bu, məsələn, klaritin, fenkarol ola bilər. Uşağı sakitləşdirin, ona su verin.

Termik yanıqlar 4 dərəcəli olur:

1-ci dərəcə - qızartı. Belə yanıqlarlar zamanı həkimə müraciət etmək ehtiyac yoxdur.

2-ci dərəcəli yanıqlarda suluqlar əmələ gəlir. Suluqları deşməyin, bu yaraya mikrobun düşməsinə səbəb olacaq. Suluqlar varsa uşağı mütləq həkimə çatdırın.

3-cü və 4-cü dərəcəli yanıqlar zamanı dərı və dərialtı toxumalar yanır. Bu ağır yanıqlardır. Uşaq dərhal vaxt itirmədən xəstəxanaya çatdırılmalıdır!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar