Sizin Reklam Burada
Xəbər lenti
09 dekabr
08 dekabr
BÜTÜN XƏBƏRLƏR

Mübariz Mənsimovdan gəmi ilə bağlı AÇIQLAMA - VİDEO

Tarix: 14-08-2019 17:52     Baxış: 459 A- / A+
Mübariz Mənsimovdan gəmi ilə bağlı AÇIQLAMA - VİDEO

Məşhur biznesmen və "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov, dünən onun şirkətinə məxsus “Mammad Amin Resulzadeh” adlı gəminin qəzaya uğraması ilə bağlı öz feyzbuk səhifəsində açıqlama verib.

Manevr.az xəbər verir ki, M. Mənsimov açıqlamada hazırkı hüquqi proseslə bağlı qısa məlumat verdikdən sonra, bu işə sevinənləri sərt dillə tənqid edib. Həmin açıqlamanı təqdim edirik:
"Sizə son xəbərləri verim: “Mammad Amin Resulzadeh” gəmisini vuran “Doric Warrior” gəmisi barəsində İstanbul prokurorluğunda cinayət işi açılıb, istintaq gedir. Gəmi barəsində isə həbs qətimkan tədbiri seçilib.
Əminəm ki, dünənki hadisədən sevinən bəzi adamların nurdan məhrum üzləri daha da qaralacaq. Şadlıqlarından çürük və dayaz fantaziyalarını işə salıb gah yazıblar ki, gəmi yüklüdür, gah da yazıblar ki, gəmi köhnədir. Gülürəm bu yazdıqlarınıza, bunların toqquşma ilə nə əlaqəsi var? “Gəmi köhnədir” yazırsız. Mən yoruldum deməkdən ki, gəmi tanker idi və bütün yeni və müasir standartlarla quru yük gəmisinə konversiya edilib. Yəni, “Mammad Amin Resulzadeh” gəmisi o qədər yenidir ki, hətta bəzilərindən daha uzun ömür sürəcək.
“Mammad Amin Resulzadeh” adı sizə niyə belə ağır gəldi? Siz özünüzdən soruşun ki, bu ad üçün siz nə etmisiz?! Bu gəmi çox böyük bir şirkətlə bağlanan müqavilə əsasında ilk yükünü daşımaq üçün səfərə hazırlaşırdı. Arzunuzu ürəyinizdə qoyacam, çünki 3-4 günə gəmi yenidən hazır olacaq.
Haşiyə çıxıb bir mühüm məsələni də vurğulamaq istəyirəm. Məndən tez-tez soruşurlar ki, nəyə görə məhz indi gəmiyə “Mammad Amin Resulzade” adı qoyulur? Cavab çox sadədir. “Palmali” şirkəti hələ 1996-cı ildə aldığı “Omsk” adlı gəminin adını dəyişdirərək “Məmməd Əmin Rəsulzadə” qoymuşdu. Yəni, “Palmali”nin ilk 5 gəmisindən biri Azərbaycan xalqının dahi liderinin adını daşıyıb. Sonradan bu gəmi “Kend Shipping” şirkətinə satıldı.
Yazdığınız mənasız xəbərlərə görə minnətdaram, sayənizdə gözəl cavabınızı da aldınız. Söz qalmadı sizə deməsinlər. El gözü tərəzidir və sadə insanlar sizin çirkin əməllərinizə qarşı yağdırdıqları nifrət, qəzəb dolu sözləri ilə bir daha sübut etdilər ki, bu tərəzidə sizin mənəviyyatınız, kişiliyiniz, mənliyiniz sıfırdan yuxarı qalxmağa qadir deyil.
Deyirsiz ki, gəmilərə görkəmli şəxsiyyətlərin adlarını verməklə özümü reklam edirəm. Amma bunu bilin ki, mən sizin səviyyənizdə deyiləm. Mən hər zaman, nə qədər ki, sağam, vətənimə, xalqıma xidmət edəcəm. Bu qədər ucuz olmayın, bir müharibədirsə, onu da kişi kimi aparın, belə ucuz və əskik metodlarla deyil. Mənim adım Mübarizdir, mən mübarizəni sevərəm, bunu unutmayın".
Qeyd edək ki, ötən gün Türkiyə mətbuatında “Mammad Amin Resulzadeh” gəmisinin qəzaya uğraması ilə bağlı kadrlar və xəbərlər yayılmışdı. Daha sonra isə Mübariz Mənsimov bu faktı təsdiqləmişdi.


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar