Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mədət Quliyevdən yeni təyinatlar

Tarix: 31-07-2019 15:59     Baxış: 3249 A- / A+
Mədət Quliyevdən yeni təyinatlar


Müdafiə Sənayesi Nazirliyində (MSN) struktur dəyişikliyi aparılıb və yeni kadr təyinatları olub.

Manevr.az report-a istinadən xəbər verir ki, Müdafiə Sənayesi naziri Mədət Quliyevin imzaladığı müvafiq əmrlə nazirliyin Hüquq-müqavilə və kadrlar şöbəsi ləğv edilib. Onun əsasında iki yeni şöbə - Hüquq şöbəsi və Kadrlar şöbəsi yaradılıb.

Eyni zamanda bu şöbələrə müdirlər təyin olunub. Müvafiq əmrlə Hüquq şöbəsinin müdiri vəzifəsi İsmayıl İbrahim oğlu Kərimova, Kadrlar şöbəsinin müdiri vəzifəsi isə Elgün Bəkir oğlu Bəxtiyarova həvalə olunub. İ.Kərimov bundan əvvəl nazirliyin Hüquq-müqavilə və kadrlar şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

Bundan başqa Müdafiə Sənayesi Nazirliyinin Maliyyə və mühasibat uçotu şöbəsinin adı dəyişdirilərək Maliyyə və uçot şöbəsi adlandırılıb. Nazir M.Quliyevin müvafiq əmri ilə Nadim Buludxan Bayramov MSN-nın Maliyyə və uçot şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Müdafiə Sənayesi naziri Mədət Quliyev imzaladığı müvafiq əmrlə nazirliyin Aparat rəhbəri Üzeyir İsmayılov vəzifəsindən azad olunub. Həmin vəzifəyə Zaur Əliyev təyin edilib.

Bundan başqa, Müdafiə Sənayesi nazirinin müavini Tofiq Rəfiyev də işdən çıxarılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar