Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

DYP-dən "moyka" xəbərdarlığı

Tarix: 17-07-2019 12:29     Baxış: 3191 A- / A+
DYP-dən "moyka" xəbərdarlığı


"Mümkün qədər məntəqəyə yaxın ərazidə olmağa çalışın"

Baş Dövlət Yol Polisi İdarəsi avtomobilini yuduran sürücülərə müraciət edib. Qeyd edilib ki, bir çox hallarda avtomobil sahibləri təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən nəqliyyat vasitəsinin açarlarını da məntəqə işçilərinə verərək oranı tərk edirlər: “Belə hallar isə bəzən həmin məntəqələrdə çalışan və adətən gənc, hərəkətlərinin məsuliyyətinin fərqinə varmayan bir sıra insanlara sahibi yanında olmayan nəqliyyat vasitələrindən qanunsuz istifadə etmək fürsəti yaradır.

Müştərilərin etibarından sui-istifadə etməklə yanaşı, qanunvericiliyin də tələblərini kobud şəkildə pozaraq onlara həvalə edilmiş avtomobili qaçıraraq idarə edən belə gənclər tərəfindən bir sıra hallarda insanların həlak olması, yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri törədilir.

Bununla yanaşı, bəzən xidmət göstərməli olduqları nəqliyyat vasitələrindən oğurluq edən, onlardan öz əmlakı kimi istifadə edən şəxslərə də rast gəlinir.

Odur ki, avtomobil sahiblərinə müraciət edərək tövsiyə edirik ki, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən mümkün qədər məntəqəyə yaxın ərazidə olmağa çalışın, avtomobilinizi təsadüfi deyil, tanıdığınız, məsuliyyətli, peşəkar insanlara etibar edin.

Unutmayın ki, bəzən etinasız yanaşdığımız bir hal sonradan bərpası mümkün olmayan fəsadlara yol aça bilər”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar