Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

İcra Hakimiyyəti geri çəkildi: 250 minlik maşın əvəzinə “Khazar” aldılar - ŞƏKİLLƏR

Tarix: 02-07-2019 12:38     Baxış: 4551 A- / A+
İcra Hakimiyyəti geri çəkildi: 250 minlik maşın əvəzinə “Khazar” aldılar - ŞƏKİLLƏR


Kəlbəcər rayon İcra Hakimiyyətinə xidməti avtomobilin alınması ilə bağlı tender başa çatıb.

Manevr.az-ın məlumatına görə, bu barədə qafqazinfo-ya rayon icra hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hikmət Bağırov məlumat verib.

O bildirib ki, xidməti maşın başçı üçün deyil, onun birinci müavini üçün alınıb:
"Bu, "Azərmaş” ASC-nin istehsalı olan "Khazar Peugeot” sedan markalı avtomobildir. İcra başçısının özü isə "Toyota Avalon” markalı maşın sürür. Düzdür, həmin maşın 2008-ci ildə alınıb. İstismar müddəti 10 il olsa da, icra başçısı Aqil Məmmədov həmin maşından yenə də istifadə edəcək”.

Qeyd edək ki, bir neçə gün öncə rəsmi qəzetlərdə icra başçısı üçün avtomobil alınması ilə bağlı tender elan olunmuşdu. Həmin tenderdə "Mercedes S350" markalı avtomobilin alınması nəzərdə tutulmuşdu. İcra başçısının bahalı avtomobil almaq istəyi müzakirələrə səbəb olmuşdu.

Daha sonra İcra Hakimiyyəti dövlət büdcəsindən xidməti avtomobil üçün 50-55 min manat vəsait nəzərdə tutulduğunu və "Mercedes S350"nin son versiyasını deyil, işlənmişini almağı planladıqlarını açıqlamışdı.

Cəmi bir gün sonra isə, İcra Hakimiyyəti "Mercedes S350” niyyətini "Khazar Peugeot” ilə əvəzləyərək reallaşdırıb...

İcra Hakimiyyəti geri çəkildi: 250 minlik maşın əvəzinə “Khazar” aldılar - ŞƏKİLLƏR
İcra Hakimiyyəti geri çəkildi: 250 minlik maşın əvəzinə “Khazar” aldılar - ŞƏKİLLƏR
İcra Hakimiyyəti geri çəkildi: 250 minlik maşın əvəzinə “Khazar” aldılar - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar