Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əkrəm İmamoğlu Ərdoğana müraciət edib: “İstanbul üçün Sizinlə birgə işləməyə hazıram”

Tarix: 23-06-2019 23:20     Baxış: 3181 A- / A+
Əkrəm İmamoğlu Ərdoğana müraciət edib: “İstanbul üçün Sizinlə birgə işləməyə hazıram”

İstanbul Böyükşəhər Bələdiyyə sədri vəzifəsinə təkrar seçkinin ilkin nəticələri açıqlandıqdan sonra böyük səs üstünlüyü ilə öndə olan namizəd Əkrəm İmamoğlu çıxış edib.
Manevr.az-ın verdiyi xəbərə görə, Əkrəm İmamoğlu təşəkkürlərlə dolu çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da müraciət edib. Bildirib ki, 16 milyon əhalisi olan İstanbulun hazırkı vəziyyəti ilə əlaqədar Rəcəb Tayyib Ərdoğanla birgə çalışmağa hazırdır: “Mövzumuz 16 milyon insanın ehtiyacı və İstanduldur. Mən İstanbul üçün Sizinlə birgə işləməyə hazıram. Mandatımı alıb, işə başlamaq arzusundayam. Və yol xəritəmizi hazırlamaq üçün Sizə müraciət edirəm. Vətəndaşlarımız siyasi mübahisələrdən, münaqişələrdən bezib. Xidmət, istehsal və çarə yolunu gözləyir”.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyi vəzifəsinə təkrar seçkilər bu gün yerli vaxtla saat 08:00-17:00 (Bakı vaxtı ilə 09:00-18:00) arasında baş tutub. Seçkinin 99 faiz nəticələri açıqlanıb, böyük səs üstünlüyü ilə Əkrəm İmamoğlu irəlidədir.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar