Sizin Reklam Burada
Xəbər lenti
24 iyun
BÜTÜN XƏBƏRLƏR

Yeni qayda: həkimlər daha firma dərmanı yaza bilməyəcəklər

Tarix: 11-06-2019 15:29     Baxış: 3100 A- / A+
Yeni qayda: həkimlər daha firma dərmanı yaza bilməyəcəklər


İcbari Tibbi sığortanın ölkə üzrə tətbiqindən sonra Azərbaycanda dərman firmalarının həkimlərlə iş birliyinə son qoyulacaq.

Manevr.az xəbər verir ki, bu barədə eksklüziv məlumatı Sputnik Azərbaycan-a Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev verib. Millət vəkili bildirib ki, bu proses icbari tibbi sığortanın tətbiqindən sonra tədricən işə düşəcək: “Çünki, icbari tibbi sığortanın tələblərindən biri xəstələrin tibbi protokola əsasən müalicə edilməsi məsələsidir. Həkimlər icbari tibbi sığorta sistemi Azərbaycanda tam işə düşəndən sonra məcbur olacaqlar ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) protokol tələbinə əməl etsinlər. Bu protokolda hansı xəstəliklərin hansı üsulla müalicə olunduğu qeyd edilməlidir”.

M. Quliyev qeyd edib ki, icbari tibbi sığorta sistemi işə düşdükdən sonra həkimlər sığorta paketinə daxil olan dərmanları müalicə protokoluna əsasən xəstəyə yazmalı olacaqlar. Bu dərmanlar sığorta paketinə daxil olduğu üçün, eyni zamanda ucuz və pulsuz olduğundan, xəstələr də onlara həmin dərmanların yazılmasında maraqlı olacaqlar və bunu həkimdən tələb edəcəklər”.

Deputat bildirib ki, icbari tibbi sığorta sistemi ölkə üzrə tam tətbiq edildikdən sonra həkimlərin xəstələrə yazdığı reseptlərə İcbari Tibbi Sığorta Agentliyi və yeni yaradılan Təbib Publik hüquqi şəxs tərəfindən nəzarət ediləcək: “Belə deyək ki, bu qurumlar həkimlərin xəstələrə yazdığı reseptləri izləyə biləcəklər. Çünki, həkim xəstəyə yazdığı resepti elektron sistemə daxil edəcək. Bu zaman həkimin xəstəyə müalicə protokoluna uyğun dərman yazıb-yazmadığına nəzarət olunacaq. Qeyd edim ki, bu sistem həkmlərin xəstələrə artıq və tibbi göstəriş olmadan dərman yazmasının da qarşısını alacaq. Həkimlərin beləcə tədricən dərman firmaları ilə iş birliyinə son veriləcək. Əgər hansısa həkimin reseptə icbari tibbi sığorta paketinə daxil olmayan firma dərmanı yazdığı üzə çıxarsa, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və yaxud da Təbib Publik hüquqi şəxs o həkimlə müqaviləyə xitam verəcək”.

M. Quliyevin sözlərinə görə, bu, xəstələrin müalicəsinin keyfiyyətli aparılmasına mane olmayacaq: “Çox təəssüf ki, bəzi insanlarda belə bir fikir formalaşıb ki, dərmanın qiyməti baha deyilsə, o, keyfiyyətli ola bilməz. Bu tamamilə yanlış yanaşmadır. Elə dərmanlar var ki, qutusunda Avropada istehsal olunduğu qeyd olunur, amma içərisindəki dərman Hindistanda hazırlanıb. Firma dərmanlarının da saxtalaşdırılması hallarına rast gəlinir. Əksinə, icbari tibbi sığortanın tam tətbiqindən sonra sığorta paketinə daxil edilən dərman preparatlarının keyfiyyətinə diqqət daha da artacaq. Sığorta paketinə ucuz olsa da, müalicədə sınaqdan keçirilən, amma keyfiyyətli dərman preparatları salınacaq”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirdilər ki, artıq icbari tibbi sığortanın pilot layihə çərçivəsində tətbiq olunduğu Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında dərman vasitələrinin təbliği mövcud qanunvericiliyə əsasən tənzimlənir: “Burada resept təyinatı məcburi olan bütün dərman vasitələrindən istifadə üçün resept yazmaq səlahiyyətinə sertifikasiyadan keçmiş həkimlər malikdirlər. Xəstəyə diaqnoz həkim tərəfindən qoyulur və müalicə həkim təyinatı üzrə aparılır”.

Agentlikdən bildirdilər ki, reseptlə təyinatı məcburi olan bütün dərman vasitələrinin açıq təbliği və reklamı “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yolverilməzdir: “Həkim resepti əsasında buraxılan dərman vasitələri və yalnız ixtisaslaşdırılmış tibb müəssisələrində tətbiq edilən tibb vasitələri haqqında informasiya tibb işçiləri və əczaçılar üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış nəşrlərdə, habelə tibb işçisini məlumatlandırma məktubunda yayımlana bilər. Dərman vasitələri haqqında informasiya monoqrafiya, arayış-sorğu kitabçaları, elmi məqalələr, konqreslərdə, konfranslarda, simpoziumlarda, elmi şuralarda və digər bu kimi toplantılarda məruzələr, həmçinin həkimlər üçün nəzərdə tutulmuş təlimatlar formasında təqdim olunmalıdır.

Sözügedən qanuna əsasən, həkim resepti olmadan buraxılan dərman vasitələri haqqında informasiya kütləvi informasiya vasitələrində, ixtisaslaşdırılmış və ümumi nəşrlərdə, dərman vasitələrinin tətbiqi haqqında təlimatlarda, habelə tibb işçisini məlumatlandırma məktubunda yayımlana bilər. Qanunun müvafiq maddələrinin tələbləri nəzərə alınmaqla, istifadəsi üçün xüsusi hazırlıq tələb olunan dərman vasitələri, tibbi texnika barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərdə, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlanmalıdır”.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar