Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Fuad Abbasov niyə Bakıya göndərilmədi? – Vəkili Elman Paşayev SƏBƏBİNİ AÇIQLADI

Tarix: 29-05-2019 20:03     Baxış: 4162 A- / A+
Fuad Abbasov niyə Bakıya göndərilmədi? – Vəkili Elman Paşayev SƏBƏBİNİ AÇIQLADI

Vəkil Elman Paşayev: “Prosesdə özü iştirak etmək istəyir və hələ təcridxanadadır”

Mayın 28-də azərbaycanlı jurnalist Fuad Abbasovun Rusiya Federasiyasından çıxarılması ilə bağlı məhkəmə qərarından apelyasiya şikayəti verilib.

Bu barədə onun vəkili Elman Paşayev bildirib. F.Abbasov şəxsən bu prosesdə iştirak etmək istədiyi üçün onun təcridxanada qalması da davam edir. Məhkəmə iclasının nə zamana təyin ediləcəyi bilinmir. Vəkil ehtimal edir ki, F.Abbasovun işinə daha tez baxıla bilər.

E.Paşayev eyni zamanda bildirdi ki, mayın 20-dən etibarən F.Abbasova qarşı edilən qanunsuzluqlarla bağlı Rusiyanın İstintaq Komitəsinə, eyni zamanda Moskva vilayətinin prokuroruna müraciət edib. Vəkil bu şikayətlər üzrə işə baxılacağı tarixi gözləyir: “Fuad izolyatora gətiriləndə bədənində zorakılıq izləri olsa da, onu müayinədən keçirib, bunu fiksasiya etməyiblər. Bu halda ona tibbi müdaxilə edilməli idi”.

Vəkil bildirdi ki, ailəsi də F.Abbasovun yanına gəlir. Eyni zamanda ailə üzvü olmayan, amma onu dəstəkləyən şəxslər də F.Abbasova baş çəkə bilirlər: “Başçəkmə məsələsində xüsusi sərt münasibət yoxdur. Mən də dünən axşam 7-ə işləmişə qədər onun yanında olmuşam. Digər vəkili də yanına gedib-gəlir. Qanunun tələblərinə uyğun olaraq, Fuad hazırda təcridxanada olmalıdır, qanunun tələbi belədir. Amma bu müddətdə hər kəsin diqqəti onun üzərindədir. Azərbaycanın Rusiyadakı səfirliyinin işçiləri də onun yanında olur və bütün köməkliklərini göstərirlər. İş adamı, Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Füzuli Məmmədov da hər gün zəng edir və xahiş edir ki, Fuadla görüş imkanı yaradılsın. İş adamı Mübariz Mənsimov da Türkiyədən zəng edib, öz köməyini təklif edir. Mən də onların hər birinə, eləcə də yardım üçün müraciət edənlərə bildirirəm ki, mən Fuad Abbasova təmənnasız kömək edirəm. Onlara təşəkkürümü bildirir və Fuada bu yardım müraciətləri barədə məlumat verirəm”.

Bu arada F.Abbasovun ailəsi də sosial şəbəkədə jurnalistə dəstək olan insanların Rusiya Federasiyasının prezidentinə ünvanlanmış olan petisiyani imzalayıb, mümkün qədər paylaşmağı xahiş edir. Bundan başqa, son bir neçə gündə F.Abbasovun azadlığa çıxması ilə bağlı köhnə videoların yayılması ailəni də narahat edib. Ailə aşağıdakı elanı yazıb: “Jurnalist Fuad Abbasovun azadlığa buraxılması haqqında yayılan şayiələrə inanmayın. Yayılan video köhnə videodur. Fuad hal hazırda xüsusi təcridxanada saxlanılır. Bu işlə bağlı vəkil məşğul olur. Fuadı dəstəkləyən bütün həmvətənlərimizə təşəkkürümüzü bildiririk”.musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar