Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əli İnsanov müxalifətin ümidlərini heçə çıxardı - Açıqlama

Tarix: 18-04-2019 09:27     Baxış: 4599 A- / A+
Əli İnsanov müxalifətin ümidlərini heçə çıxardı - Açıqlama


Sabiq səhiyyə naziri Əli İnsanovun prezident fərmanı ilə həbsdən azad olunmasından bir ay keçib. Əli İnsanov azadlığa çıxanda Milli Şuranın və bəzi digər müxalif təşkilatların onunla bağlı ciddi ümidlərinin yarandığı müşahidə edilirdi. Hətta onu öz tərəflərinə çəkmək üçün çabalar da başlanmışdı. Lakin aradan keçən bir ayda onların Əli İnsanova ümidləri reallaşmadı. Məlumata görə, əksər hallarda onun telefonu bağlı olur, zəng çatmır. Telefonu açıq olan vaxtlarda isə sabiq səhiyyə nazirinin həmin müxalifətçilərin zənglərinə cavab vermədiyi deyilir.

Manevr.az xəbər verir ki, ekspert Məhəmməd Əsədullazadə bu barədə "Yeni Müsavat”a şərhində bildirib ki, Əli İnsanov həbsdə olanda Milli Şura onu fenomen sayırdı və onun timsalında iqtidara yeni cəbhə açmaq istəyirdi. İnsanov obrazında mübarizə simvolu mifi yaratmışdılar. Məqsəd İnsanovu öz tərəflərinə çəkməkdən ibarət idi. Məhz İnsanov Milli Şuranın bu siyasətindən xəbərdar idi və özünün Milli Şuraya xərclənməsinə getməyəcəkdi. Belə də oldu: "Həbsdən çıxdıqdan sonra da onun verdiyi müsahibədə dolayısı ilə bəyan etmişdi ki, müxalifət partiyalarına qoşulması gözlənilmir. Bu, o demək idi ki, o, Milli Şurada olmayacaq. Ümumiyyətlə, Əli İnsanovun aktiv siyasətə qayıdacağı şübhəli idi. Bəzi müxalif dairələrin gözləntisi puça çıxdı. Sabiq nazir bəzi müxalifətçilərin ümidlərini heçə çıxardı və bəzilərini umsuq etdi.

İnsanov yaxşı bilir ki, aktiv siyasətə qayıtmaq, qayıdacağı halda Milli Şura kimi qurumlarda olmaq onun növbəti səhvi olar. Hətta bu cür qurumlarla əməkdaşlıq etmək də onun səhvi olar".

Əli İnsanovun müxalifət partiyaları ilə yox, ayrıca olaraq siyasi fəaliyyətə üstünlük verəcəyini sübut edən daha bir məlumat dünən yayılıb.

Bundan başqa, Ə.İnsanovun fəal xarici yazışmalar həyata keçirdiyi, onun həbsindən sonra çıxışlar edərək, azadlığa çıxması üçün hakimiyyətə çağırışlar edən xarici siyasətçilərlə, beynəlxalq təşkilatlarla və dünyanın tanınmış elm xadimləri ilə təmaslar qurduğu da məlum olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar