Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Bu, itə ərə getmək kimi bir şeydir" - Rektorun qızına kəskin etiraz/Şəkil

Tarix: 15-04-2019 20:58     Baxış: 4323 A- / A+
"Bu, itə ərə getmək kimi bir şeydir" - Rektorun qızına kəskin etiraz/Şəkil

Bizim bu hadisəyə münasibətimiz çox mənfidir. Vaxtaşırı belə hallar yaşanır. Biz də dəfələrlə bununla bağlı öz mövqeyimizi bildirmişik.

Manevr.az bildirir ki, bunu teleqraf.com-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.
"Bu, itə ərə getmək kimi bir şeydir" - Rektorun qızına kəskin etiraz/Şəkil

O qeyd edib ki, bu hadisələrin hansı motivlə meydana çıxdığının, necə baş verdiyinin səbəbini, kökünü araşdırmaq çox çətindir:

“Mən Elşad Abdullayevi bir qədər tanıyırdım, təmasımız, söhbətlərimiz olmuşdu. Çox vətənpərvər bir insan idi. Yəni, Qarabağla bağlı fədakarcasına çalışan, Qarabağı çox sevən bir insan idi. Ermənilərə çox böyük nifrəti vardı. Hətta mən bir dəfə onunla söhbət edəndə onun ali məktəblər arasında ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Universitetində Qarabağ kafedrası yaratdığı məlum olmuşdu. Qarabağın tarixinin tədrisini təşkil etmişdi. Hələ heç bir ali məktəbdə belə bir kafedra yox idi. Yəni belə bir adamın övladı bu cür hərəkət edirsə deməyə söz tapmırsan və adamın inanmağı gəlmir. Mənim bu məsələyə dair münasibətim ilk növbədə bundan ibarətdir ki, elə bir ailədən çıxan övladın o cür hərəkət etməsi inandırıcı deyil”.

A.Nağı qeyd edib ki, həmin qız kiminsə təsiri altında bu addımı atıbsa ilk növbədə elə öz ailəsinə, valideynlərinə, atasına zərbə vurub:

“Ona görə də bizim mövqeyimiz birmənalıdır. Mən dəfələrlə demişəm ki, müxtəlif xalqlarla ailə qurmaq olar, biz buna qarşı deyilik. Biz rasist deyilik, hər kəsin özünün şəxsi işidir. Avropaya adamlarımız ailələri ilə gediblər, istər-istəməz təmasda olurlar. Biz də görürük, baxırıq ki, qızlarımız başqa xalqların nümayəndlərinə ərə gedirlər. Amma erməni bizim qan düşmənimizdir, bunu bilməmək ən böyük qəbahətdir və yaxud az qala cinayətdir. Erməni bizim düşmənimizdir, erməni ilə ailə qurmaq olmaz. Mən hesab edirəm ki, erməni ilə ailə qurmaq ən əclaf adamla, itlə ailə qurmaq, itə ərə getmək kimi bir şeydir. Ona görə də çox təəssüf edirəm ki, bu hadisə baş verib”.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin erməni ilə ailə quran qızı Aynur Abdullayeva sosial şəbəkə hesabında erməni və Azərbaycan dilində oxunan mahnıların sədaları altında rəqs edənlərin görüntülərini paylaşıb. Videonun qeyd bölməsinə isə “Baxın, öyrənin, insanlar sülh və dostluq içində necə yaşayır. Bunu millətçilik edənlər üçün paylaşıram” sözlərini yazıb.

Qeyd edək ki, Aynur Abdullayeva 3 ildir erməni Artyom Xaçaturyanla evlidir. Cütlüyün bu evlilikdən 1 övladı var.
"Bu, itə ərə getmək kimi bir şeydir" - Rektorun qızına kəskin etiraz/Şəkil

"Bu, itə ərə getmək kimi bir şeydir" - Rektorun qızına kəskin etiraz/Şəkil

"Bu, itə ərə getmək kimi bir şeydir" - Rektorun qızına kəskin etiraz/Şəkil

"Bu, itə ərə getmək kimi bir şeydir" - Rektorun qızına kəskin etiraz/Şəkil

"Bu, itə ərə getmək kimi bir şeydir" - Rektorun qızına kəskin etiraz/Şəkil


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar