Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qənirə Paşayeva Texniki Universitetdə şəhidlərimizlə bağlı anım tədbirində çıxış edib

Tarix: 04-04-2019 18:18     Baxış: 3218 A- / A+
Qənirə Paşayeva Texniki Universitetdə şəhidlərimizlə bağlı anım tədbirində çıxış edib

Millət vəkili Qənirə Paşayeva Texniki Universitetdə şəhidlərimizlə bağlı anım tədbirində çıxış edərək gənclərə çağırış edib.

Manevr.az xəbər verir ki, Millət vəkili Q.Paşayeva Texniki Universitetdə şəhidlərimizlə bağlı anım tədbirdə çıxış edib və bütün qəhrəman şəhidlərimizin xatirəsi qarşısında baş əyirəm deyərək şəhid qəhrəmanlarımız haqqında geniş danışıb, gəncləri onlardan Vətən sevgisi örnəyini almağa çağırıb: “2016-cı il aprel döyüşləri dünyaya Azərbaycan dövlətinin, ordusunun gücünü, hərbiçisinin gücünü göstərdi. Azərbaycan müstəqilliyini yeni qazandığı illərdə ordumuz zəif idi, silahımız demək olar ki yox idi, dövlətimiz güclənməmişdi. Ermənistana isə silah və siyasi dəstək verirdilər, ona görə də torpaqlarımızı işğal edə bildi. O vaxtdan Ermənistan bir qələbə eyforiyası yaşayırdı. Lakin 2016-cı ildə onların qələbə eyforiyası darmadağın oldu. Aprel döyüşlərindən sonra Ermənistanda böyük bir təlaş var ki, Azərbaycan artıq torpaqlarını işğaldan azad edəcək, onun artıq belə bir gücü var. Bu gücü Azərbaycan apreldə bir daha bütün dünyaya və Ermənistana göstərib. Eyni zamanda, aprel döyüşləri Azərbaycan xalqının uzun illər ərzində səbrinin qalmadığını da işğalçı Ermənistana və bütün dünyaya göstərdi. Həmçinin, Azərbaycanın bir çox bölgələrindən olan gənclər bütün dünyaya göstərdi ki, harda doğulduğumuza, işğal altındakı yurdlarımızı gənc nəsillərimizin görməməsinə baxmayaraq onlar özlərini o torpaqlarda doğulmuş kimi hiss edirlər. Çünki o torpaqlar Azərbaycan xalqına məxsusdur. Və gənclərimiz torpaqlarımızı işğaldan azad etmək üçün canlarını da verməyə hazırdılar. Aprel döyüşləri də bunun ən önəmli zirvəsi idi ki, bu döyüşlərdən sonra bayrağımız Lələ Təpədə dalğalanır və Cocuq Mərcanlıdan olan məcburi köçkünlərimiz öz evlərinə dönə biləcəklər. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Lələ Təpədə dalğalanan gözəl bayrağımız yaxın vaxtlarda işğal altındakı ərazilərdə də dalğalanacaq”. Texniki Universitetin rəhbərliyinə belə bir tədbir üçün təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib. Erməni diaspor, lobbisi və dəstəkçilərinin Azərbaycan əleyhinə təbliğat apardığını deyən millət vəkili bütün gəncləri duyarlı olmağa, yalanlara qarşı mübarizəyə səsləyib, gəncləri sosial media üzərindən yalan məlumatlarla Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı ciddi mübarizəyə səsləyib. Nə qədər ki, Azərbaycan xalqı var, qəhrəman şəhidlərimizin əziz xatirəsi heç vaxt unudulmayacaqdır deyən millət vəkili Q.Paşayeva televiziyalara çağırış edərək qəhrəman şəhidlərimiz haqqında hazırlanan filmlərin televiziyalarda tez-tez nümayişinə çağırıb. Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün qəhrəman şəhidlərimizin həyat yolundan gənclərimiz örnək almalıdır, böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıyıq deyib. Qəhrəman şəhidlərimiz haqqında çəkilən filmlərin orta və ali məktəblərdə, hərbi hissələrdə böyüyən gəncliyimizə nümayiş olunmasının vacibliyini qeyd edən millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını deyib.

Qənirə Paşayeva Texniki Universitetdə şəhidlərimizlə bağlı anım tədbirində çıxış edib

Qənirə Paşayeva Texniki Universitetdə şəhidlərimizlə bağlı anım tədbirində çıxış edib

Qənirə Paşayeva Texniki Universitetdə şəhidlərimizlə bağlı anım tədbirində çıxış edib



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar