Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Narla bağlı genetik araşdırma aparılıb - Azərbaycanda

Tarix: 15-03-2019 10:44     Baxış: 3225 A- / A+
Narla bağlı genetik araşdırma aparılıb - Azərbaycanda



Azərbaycanın dünyada nar bitkisinin ilkin əmələgəlmə mərkəzlərindən biri olmasını təsdiqləyən yeni nəticələr əldə edilib.

Manevr.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov deyib.

Onun sözlərinə görə, hazırda 200-ə yaxın Azərbaycan mənşəli nar sortu məlumdur. Bizim tərəfimizdən ilk dəfə narın 85 sort və formasının genetik müxtəlifliyi molekulyar səviyyədə tədqiq edilib. Tədqiqat zamanı nümunələr arasında genetik müxtəlifliyin yüksək olduğu olduğu aşkar edilib, yəni hər bir nar sortu digərlərindən fərqlənib.

Z.Əkpərov deyib ki, nar sortlarının bu qədər müxtəlifliyi onun uzun illər ərzində yarandığını və Azərbaycanda nar bitkisinin min illər ərzində yetişdiyini göstərir:

"Hazırda narın əsas vətəni Azərbaycanla yanaşı, İran, Türkiyə, Gürcüstan və Əfqanıstan sayılır. Amma Azərbaycanda nar sortlarının müxtəlifliyi və yabanı formalarının yayıldığı ərazilər çoxdur. Hesab edirik ki, Azərbaycan narın ilkin əmələgəlmə mərkəzlərindən biridir. Bu fakt bizim tərəfimizdən molekulyar səviyyədə aparılan tədqiqatla sübuta yetirilir".

Z.Əkpərov öyrənilən nar nümunələrinin genetik profillər əsasında pasportlaşdırıldığını da qeyd edib.

Nəticələr əsasında ingilis və rus dillərində hazırlanan məqalələr Rusiya Elmlər Akademiyasının "Genetika" jurnalında dərc edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar