Sizin Reklam Burada
Xəbər lenti
24 mart
23 mart
BÜTÜN XƏBƏRLƏR

Millət vəkili Qənirə Paşayeva MM-də vərəm xəstələri ilə bağlı təkliflərlə çıxış edib

Tarix: 14-03-2019 19:54     Baxış: 383 A- / A+
Millət vəkili Qənirə Paşayeva MM-də vərəm xəstələri ilə bağlı təkliflərlə çıxış edib

Millət vəkili Q.Paşayeva MM-də vərəm xəstələrinə və onların ailələrinə dəstəyin artırılması ilə bağlı təkliflərlə çıxış edib.

Manevr.az-ın verdiyi məlumata görə Millət vəkili Q. Paşayeva bu gün MM-in Səhiyyə Komitəsinin iclasında vərəm xəstəliyi ilə bağlı keçirilən dinləmələrdə çıxış edərək bildirib ki, vərəm xəstələrinin məcburi dövlət hesabına müalicəyə cəlb edilməsi, əhalinin vərəmlə bağlı maarifləndirmə işlərinin surətləndirilməsi və vərəmli xəstələrin davamlı tibbi nəzarətdə saxlanılması ilə bağlı işlər sürətlənməlidir. Vərəmlə mübarizədə bütün dünyada olduğu kimi Azərbaycanda müvafiq qurumların, cəmiyyətin mübarizəsi daha da genişlənməlidir deyən millət vəkili bildirib ki, vərəmlə mübarizə istiqamətində tədbirlərin gücləndirilməsi istiqamətində qanunvericiliyə əlavələrin edilməsinə ehtiyac olarsa qanuna təkrar baxılmasına, KİV-lərin və QHT-lərin dəstəyi ilə əhalinin maarifləndirilməsinin genişlənməsinə böyük ehtiyac var və telekanallarda vaxtaşırı vərəmlə bağlı maarifləndirici verilişlər olmalıdır deyib: “Vərəm xəstəliyinə qarşı mübarizə ilə bağlı ən effektli tədbirlərdən biri maarifləndirmə, təbliğatdır. Bu məsələdə ciddi maarifləndirməyə, təbliğat, izahat işlərinə ehtiyac var”. Millət vəkili qeyd edib ki, xüsusilə, mediada, telekanallarda bu yöndə maarifləndirici yazılar, verilişlər, proqramlar getməlidir. “Telekanallar bu məsələdə xüsusi həssaslıq göstərməlidirlər. Mən telekanallarda bu yöndə proqramlara demək olar ki, rast gəlimirəm. Amma vaxtaşırı bu yöndə maarifləndirici verilişlər olmalıdır. Burada həmçinin, qeyri-hökumət təşkilatlarının (QHT) üzərinə çox böyük missiya düşür. Onlar da bu məsələdə ciddi fəallıq nümayiş etdirməli, maarifləndirmə işini gücləndirməlidirlər. Müvafiq qurumlar, bölgələrdə icra qurumları QHT-lərə bu istiqamətdə fəal iş aparması üçün ciddi dəstək olmalıdır. Çünki QHT-lər bu maarifləndirmə işinə böyük dəstək ola bilərlər. Eyni zamanda, qeyd edim ki, vərəm xəstəliyinin daşıyıcısı olan bir çox ailələrdə ciddi bigisizlik, məlumatsızlıq var. Bir çox ailələrdə artıq bu xəstəlik böyük bir bəlaya çevrilib, yəni, bütün ailə üzvləri məlumtasızlıq, maarifləndirmə olmadığı üçün bu xəstəliyin daşıyıcısına çevriliblər. Mən özüm təmsilçisi olduğum bölgədə bununla rastlamış, qarşılaşmışam. Ailənin bütün üzvləri bir otaqda vərəm xəstəsi ilə çox yaxın təmasda olur, onun əşyaları ilə, ümumiyyətlə evdə belə xəstə varsa, necə hərəkət etməli olduqlarını bilmirlər və bu da ailənin digər üzvlərinin də vərəmə yoluxmasında ciddi faktordur. Ona görə də vərəm xəstəsi olan ailələrin bu istiqamətdə maairləndirilməsinin genişləndirilməsi də çox vacibdir. Eyni zamanda vərəm xəstələri arasında dərmanlara müqavimətin getdikcə daha da gücləndiyini nəzərə alaraq, onların davamlı olaraq yeni və effektiv dərmanlardan dövlətin dəstəyilə istifadə edə bilməsi məsələsinə diqqətimizi daha da artırmalıyıq. Eyni zamanda vərəm xəstəliyinin genişlənməsi və ağırlaşmasında sosial faktorları da ciddi nəzərə almalıyıq və bu cür xəstələrə və onların ailələrinə sosial dəstəyi artırmalıyıq. Nəzərə alsaq ki, bu cür xəstələrin xəstəliklə mübarizədə dərmanlarla bərabər, onların yaxşı qidalanması, sosial vəziyyəti də əsas faktorlardandır, vərəm xəstələrinin ailələrinə sosial dəstəyin daha da artırılmasının vacibliyi hamımız fərqində olmalıyıq. Xüsusilə kəndlərdə, bölgələrdə xəstələrin mütəmadi olaraq həkim nəzarətində ola bilməsi, mütəmadi olaraq vərəmlə mübarizə istiqamətində mərkəzlərə, xəstəxanalara gedib gələ bilməsi üçün onlara maddi dəstək, eyni zamanda bu cür xəstələrə ambulatorda da olsa da, davamlı güclü nəzarəti təmin etməliyik. Eyni zamanda vərəm xəstələrinin əlilliyə çıxması ilə bağlı ortaya çıxan problemlərin həlli istiqamətidnə ciddi addımlar atılmalıdır. Ölkəmizdə vərəmlə mübarizə istiqamətində ciddi işlər görülür. Əgər bu işləri daha da sürətləndirsək, vərəm xəstələrinin sayının daha da azalmasını, erkən diaqnozla və erkən müalicəsinin başlanması prosesini bu xəstələrə sosial dəstəklə genişləndirsək, vərəm xəstələrində ağırlaşma hallarının ciddi şəkildə azalda bilərik ki, inanıram ki, dövlət qurumları, MM-in və QHT-lərin birgə iştirakıyla keçirilən müzakirələrdə bu istiqamətdə sürülən təkliflər öz müsbət töhfəsini verə biləcə,” – deyə millət vəkili bildirib.


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar